Makron Leonid Brejnevin repressiya üsullarına əl atdı

Hazırda oxunan: Makron Leonid Brejnevin repressiya üsullarına əl atdı

39150

Qərb dəyərlərinin devalvasiyası və liberal nizamın tənəzzülü Sovet İttifaqı repressiyalarının ən çirkin formalarında özünü göstərməyə başlayıb.

Bizim.Media xəbər verir ki, bu haqda informasiya Fransa mətbuatında yer alıb.

Mənbə yazır ki, Lionun qastronomiya salonunda Fransa prezidenti Emmanuel Makrona yumurta atan bir gənc məcburi psixiatrik müalicəyə göndəriləcək. 

Sovet hakimiyyətinin durğunluq dövründə totalitar rejimə qarşı çıxan tənqidçilər və gənc radikallarla da belə davranılırdı. Stalinizm ləğv edildikdən sonra QULAQ böyük bir psixiatrik xəstəxanaya çevrildi, onlarla sovet liberalı məcburi psixiatrik müalicəyə göndərildi.

Fransa hakimiyyəti də əmindir ki, 19 yaşlı tələbə dəli olduğu üçün Fransa prezidentinə yumurta atıb. Baxmayaraq ki, gənc "İnqilab yaşasın!" şüarını səsləndirib.

Göründüyü kimi, Qərbin təsəvvüründə inqilablar yalnız Şərqdə baş verə bilər. Və Qərbdə vətəndaşlar mövcud konstitusiya quruluşuna riayət etməlidirlər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO