Bütün diqqətlər ABŞ-a yönəldi - SENATDA BİLİNƏCƏK

Hazırda oxunan: Bütün diqqətlər ABŞ-a yönəldi - SENATDA BİLİNƏCƏK

39115

Bu gün dünya birjalarında diqqət yenidən ABŞ-a yönəlib. İnvestorlar Federal Ehtiyatlar Departamentinin rəhbəri Cerom Pauelin Senatda çıxışını gözləyirlər.

Cerom Pauel inflyasiyanın sürətlənməsi ilə bağlı Konqresə xəbərdarlıq edəcəyini açıqlayıb.

Bizim.Media bildirir ki, xarici mətbuatda Cerom Pauelin ABŞ Senatının müvafiq komitəsində “Koronavirus yardımı, Dəstək və İqtisadi Təhlükəsizlik” Qanunu ilə bağlı edəcəyi çıxışın mətni yayılıb. 

Pauel koronavirusa qarşı vaksinasiyanın iqtisadi artıma, məşğulluğa təkan verdiyini vurğulayır. İlin ikinci yarısında da iqtisadi artımın davam edəcəyini qeyd edir. 

FES rəhbəri inflyasiyanın gücləndiyini, qarşıdakı müddət ərzində də qiymətlərə təzyiqlərin artacağını bildirir: 

"Normallaşma davam edərkən, məşğulluq problemləri və digər məhdudiyyətlər gözləniləndən daha çox və davamlı ola bilər və inflyasiyaya mənfi təsir göstərə bilər. Yüksək inflyasiyanın ciddi bir narahatlıq doğuracağı təqdirdə, buna cavab verəcəyik və inflyasiyanın tutarlı səviyyədə olmasını təmin etmək üçün vasitələrimizdən istifadə edəcəyik”. 

Xatirə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO