Bu ölkədə yaşayan Avropa İttifaqı vətəndaşlarının sayı 200 min azaldı - SƏBƏB

Hazırda oxunan: Bu ölkədə yaşayan Avropa İttifaqı vətəndaşlarının sayı 200 min azaldı - SƏBƏB

37581

Ötən il Britaniyada yaşayan Avropa İttifaqı (Aİ) vətəndaşlarının sayı 200 min azalıb.

Bizim.Media xəbər verir ki, Milli Statistika İdarəsi 2020-ci ildə (1 il ərzində) Britaniyada Aİ vətəndaşlarının sayının 3,7 milyondan 3,5 milyona düşdüyünü açıqlayıb.

Əhalisi 67 milyon nəfər olan Krallıqda polşalılar 738 min nəfərlə ən çox yayılmış xarici qrupdur. Polşalıları rumınlar, irlandiyalılar, hindlilər və italyanlar izləyir.

London burada doğulmayan və ingilis olmayan insanların ən çox olduğu bölgə olaraq qalmağa davam edir.

Milli Statistika İdarəsi köçetmə qərarının mürəkkəb olduğunu və sosial-iqtisadi səbəblər kimi bir çox amillərdən təsirləndiyini bildirib.

Həmçinin Krallığın Avropa İttifaqından çıxması, eləcə də yeni növ koronavirus epidemiyası kimi amillərin burada yaşayan xaricilərin davranışlarına və qərarlarına təsir göstərdiyi qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO