74 yaşlı məşhur müğənni əməliyyat olunacaq - FOTO

Hazırda oxunan: 74 yaşlı məşhur müğənni əməliyyat olunacaq - FOTO

37496

Britaniyalı 74 yaşlı müğənni-bəstəkar Elton Con budundan ciddi zədə alıb. 

Bizim.Media xəbər verir ki, bu barədə sənətçi Tvitter hesabında yazıb.

Hazırda müalicə alan sənətçi bu səbəbdən Avropa turnesini təxirə saldığını bildirib:

"Yayın sonunda yerə yıxıldım və o zamandan bəri budumda şiddətli ağrı və narahatlıq hiss edirəm. İntensiv fizioterapevtik və ixtisaslaşdırılmış müalicəyə baxmayaraq, ağrı artmağa davam edir və hərəkət etməyimi çətinləşdirir. Həkimlər əvvəlki formama qayıtmaq üçün mənə mümkün qədər tez əməliyyat olunmağımı məsləhət gördülər. Söz verirəm ki, gələn il konsert turnemə davam edəcəm".

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO