Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Madaqaskarın xarici işlər naziri Rafaravatafika Rasata kosmosa silah yerləşdirməməsi ilə bağlı birgə bəyanat imzalayıblar.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
“Sənəd dövlətlərin kosmosda silahlanma yarışının qarşısını almaq üçün səyləri birləşdirmək əzmini təsdiqləyən NPL üzrə beynəlxalq siyasi öhdəliklərin qloballaşması çərçivəsində növbəti mühüm addım olub", - deyə məlumatda qeyd edilib.
Bildirilib ki, bu təşəbbüs hər kəs üçün bərabər və bölünməz təhlükəsizliyin təmin edilməsinə, dövlətlərin kosmosdan dinc məqsədlərlə tədqiqi və istifadəsi üzrə fəaliyyətinin davamlılığının artırılmasına kömək edən mühüm siyasi amildir.
“Birgə bəyanatda Rusiya Federasiyası və Madaqaskar Respublikası kosmosda silahların yerləşdirilməsini, kosmosdan və ya ona qarşı güc tətbiqi və ya təhdidini qadağan edən beynəlxalq müqavilənin bağlanmasının zəruriliyini vurğulayır və tərəf olmayan ölkələri təşəbbüsə qoşulmağa çağırır”, - diplomatik departament izah edib.
Bizim.Media