Putin: “S-500 zenit-raket sisteminin sınaqları uğurla başa çatdı”

Hazırda oxunan: Putin: “S-500 zenit-raket sisteminin sınaqları uğurla başa çatdı”

22357

S-500 zenit-raket kompleksinin sınaqları uğurla başa çatdı, növbəti addım bu sistemin qoşunlara çatdırılmasıdır.

Bizim.Media xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin və hərbi sənaye kompleksinin rəhbərliyi ilə görüşü zamanı deyib.

“Hərbi-hava qüvvələrində zenit raket alaylarının 70 faizindən çoxu müasir S-400 sistemləri ilə yenidən təchiz edilib. Növbəti addım sınaqları artıq uğurla başa çatan S-500 kompleksinin qoşunlara çatdırılmasıdır”, deyə Putin əlavə edib.

Onun sözlərinə görə, ordu və donanma ən yeni silah və hərbi texnikanı alır, nüvə üçlüyünün potensialı ciddi şəkildə gücləndirilir, Dəniz Qüvvələrinin döyüş imkanları, o cümlədən “Kolibr” qanadlı raketləri olan gəmilər vasitəsilə genişləndirilir. 

Dövlət başçısı əlavə edib ki, gəmidəki “Çirkon” hipersəsli raket sistemi sınaqların son mərhələsindədir:

“Onu da qeyd etmək istərdim ki, hərbi sənaye kompleksi müəssisələri və Müdafiə Nazirliyi silah və texnika tədarükü ilə bağlı səmərəli əməkdaşlıq qurub”.

“Dünyada, o cümlədən sərhədlərimiz yaxınlığında olan risklər Rusiya Silahlı Qüvvələrinin daimi və yüksək döyüş hazırlığını tələb edir. Bu səbəbdən ordumuzun və donanmamızın müasir silahlarla təchiz edilməsinə çalışmalıyıq”, deyə Rusiya lideri yekunlaşdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO