Azad Suriya Ordusu Menbiçi azad etməyə hazırlaşır

Azad Suriya Ordusu Menbiçi azad etməyə hazırlaşır

Hazırda oxunan: Azad Suriya Ordusu Menbiçi azad etməyə hazırlaşır

218472
Arfinin idarəsinin TSQ və ASO-nun nəzarətinə keçməsinin ardınca ərəb, türkmən və kürd döyüşçülər Suriyanın PKK-dan təmizlənəcəyi günə qədər vuruşacaqlarını bildiriblər. Artıq Menbiçin azad olunması üçün hazırlıqlara başladıqlarını bildiriblər.

ASO ilə birlikdə vuruşan, tərkibində kürd döyüşçülərin də yer aldığı "El Hamza Tugayi" qübbəsinin xa0bölgə komandiri Məhəmməd Şibil, "İraqa qədər olan ərazidən PKK-nı təmizləmək istəyirik" deyib.
"El Hamza Tugayi" ərəb, kürd və Türkmənlərdən ibarət təşkilatdır. Şibil PKK bölgəsindəki 2 min ABŞ əskərini də əngəl olaraq görmədiklərini bildirib.

"El Hamza Tugayi" təşkilatının üzvü olan kürd döyüşçü Ragib Şeyho isə bunları bildirib:"Əsəd illərdir kürdlərə şəxsiyyət vəsiqəsi belə vermədi. Kürdlərin Əsədin yanında heç bir haqqı yoxdur. Mən heç xa0torpağı və evi olan kürd görmədim. Biz bu münasibətə dözə bilmədik .7 il əvvəl ərəb və türkmənlər də bizə dəstək verincə rejimə qarşı üsyana başladıq. Lakin Türkiyə kömək etməsəydi biz uğur qazanmayacaqdıq".

O "biz müsəlmanıq PKK isə dinsizdir, kürdlərdən yalnız istifadə edir .Böyüyün-kiçiyin haqqını yeyəndən xeyir gələr?" deyə bildirib.

"El Hamza Tugayi"yə bağlı olan digər döyüşçü Cuma Akil "PKK-nı yox edəcəyik, çünki hamıya zərər verir. Qızlarımızı əlimizdən alır, uşaqlarımızın ağlını korlayaraq dağlara öz məskənlərinə aparırlar. Menbiçi də Arfin kimi azad edəcəyik.İnşallah Türkiyə bizi buraxmaz" sözlərini deyib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO