Dövlət Departamenti “Crocus hadisəsi”ndə ABŞ-ın əlinin olduğunu TƏKZİB ETDİ

Hazırda oxunan: Dövlət Departamenti “Crocus hadisəsi”ndə ABŞ-ın əlinin olduğunu TƏKZİB ETDİ

184481

ABŞ Dövlət Departamenti Rusiyada “Crocus City Hall”da terror aktında ölkənin əli olduğunu təkzib edib.

Bizim.Media xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bu hücumların arxasında nə Ukraynanın, nə İngiltərənin, nə də ABŞ-ın olmadığını qeyd edib.

“Əslində, Birləşmiş Ştatlar Rusiyanı bu hücumların mümkünlüyü barədə əvvəlcədən xəbərdar etmişdi, çünki biz onların qarşısını almaq və nəticədə rusların həyatını itirməsinin qarşısını almaq istəyirdik”, - deyə Miller bildirib.
Qeyd edək ki, martın 22-də axşam saatlarında bir neçə silahlı şəxs Moskva vilayətində yerləşən “Crocus City Hall” konsert zalına daxil olaraq ziyarətçilərə və mərkəzin işçilərinə atəş açıb. Daha sonra konsert zalı yandırılıb. 

Terror aktı zamanı 143 nəfər həlak olub, 200-ə yaxın insan yaralanıb.

Hadisəni İŞİD terror hadisəsi ilə bağlı məsuliyyəti öz üzərinə götürüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO