Mirzoyandan ETİRAF: “Bizim Qarabağda qərar qəbul etmək ixtiyarımız yoxdur”

Hazırda oxunan: Mirzoyandan ETİRAF: “Bizim Qarabağda qərar qəbul etmək ixtiyarımız yoxdur”

139883

“Biz demirik ki, Qarabağ Azərbaycanın deyil, Ermənistanın bir hissəsidir”. 

Bizim.Media xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan 2022-ci dövlət büdcəsinin icrası ilə bağlı parlamentdə keçirilən iclas zamanı deyib.  

"Biz Qarabağın Azərbaycanın deyil, Ermənistanın bir hissəsi olduğunu iddia etmirik. Sadəcə deyirik ki, orada problemlər mövcuddur və onların müzakirəsinə ehtiyac var. Bizim Qarabağda qərar qəbul etmək ixtiyarımız yoxdur. Biz sadəcə prosesləri izləyə bilərik”, -deyə erməni nazir vurğulayıb. 
Deputatların suallarını cavablandıran Mirzoyan qeyd edib ki, Ermənistan hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və onun heç bir ərazi iddiası olmadığını bildirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO