İran daha bir Azərbaycan vətəndaşını casusluq ittihamı ilə saxladı

Hazırda oxunan: İran daha bir Azərbaycan vətəndaşını casusluq ittihamı ilə saxladı

139804

Təxminən iki il 6 ay əvvəl İranda həbs edilən Azərbaycan Respublikası vətəndaşı Validə Yusifova Evin həbsxanasının qadınlar bölməsində saxlanılır.

Bizim.Media "MOUZE" Telegram kanalına istinadən xəbər verir ki, Validə Yusifova həbs edildikdən sonra ilk olaraq Ərdəbil, daha sonra isə Təbrizdəki təhlükəsizlik müəssisələrindən birinin təcridxanasına köçürülüb.

Təxminən üç ay təkadamlıq kamerada saxlanılıb, dindirildikdən sonra Tehrandakı Evin Həbsxanasındakı "2-A Palata" kimi tanınan SEPAH Kəşfiyyat Təcridxanasına aparılıb.
Validə Yusifova dindirilmə prosesi bitdikdən sontra Evin həbsxanasının qadınlar şöbəsinə köçürülüb.

31 yaşlı Validə Yusifova Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsinin müdiri, hakim Əbülqasim Salvati tərəfindən “casusluq” və “narkotik ticarəti” ittihamı ilə mühakimə olunub. Həmçinin o, ailəsi ilə əlaqə saxlamaq hüququndan məhrum edilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO