“Sirlərlə dolu əsrarəngiz Meram”x9d

“Sirlərlə dolu əsrarəngiz Meram”x9d

Hazırda oxunan: “Sirlərlə dolu əsrarəngiz Meram”x9d

98781
Adını anmamaq imandan deyil”¦ Meramı məram edən, “Yaşıl olur bu Konyanın Meramı”x9d dedirdən çayın haqqına sayqısızlıqmı göstərmək olar? Minillərdi axmasına ara verməyən, Konya ovasına həyat verən ölümsüz su qaynağıdı Meram çayı. Ruha lətafət verən dadlı bir məlhəm kimidi. Bir su ki, gül-çiçək, çəmən ətri daşıyar, ciyəri təmizlər, ömrü təzələr. Meram vadisinə quzey yaxasındakı Kadıyoxuşundan daxil olub, güneyə çıxar. Tavusbaba türbəsi ilə Hasbeyoğlu məscidinin quzey ətəyindəki Cənnət qayalarını yalayaraq ətrafa həyat bəxş edir, sonra ovalara yan alıb gedir. Burdan baxanda könül qanadlanır Şahanə körpüsü səmtə, Xatunsaray yolu üstünə marağın qov kimi qovur cismini.

Körpü üzərindən axışına baxdıqca ulu çinarların şəkillənməsi bəhsləşər kölgənlə. Böyüklü-kiçikli körpülər arasında ən önəmli olanı Meram körpüsüdü. Səlcuklular dönəmindən salındığı və ya Karamanoğulları zamanında yeniləndiyi bilinməkdədi”¦

Gedavet parkı bu gözəl məkanda seyr etməli ən gözəl yerlərdən biridir. Məram ən gözəl günlərini Səlcuklu və Karaman dönəmində yaşamış, bağlar, bağçalar arasına məscidlər, külliyələr yapılmışdır.

HƏR ƏSRİN ÖZ ŞAHİDİ

Sahib Ata Camisinin var olma tarixi 1253-cü ildən hesablanır. İplikçi 1201-dən öncə yapılıb, Hoca Hasan XIII əsrdə. Daş məscid 1215-ci ilin yadigarıdı. Erdenşihın yaşı 1220-ci ildən, Abdul Əzizinki 1253-cü ildən hesablanır. Ondan 4 il sonra Abdulmömün inşa edilib. Aksinne və Bulgür təkkəsi XIII əsrə. Azizeyə 1876-cı ilə aid abidələrdir. Meramda Sərçəli Mədrəsəsi Bedreddin Mühlisə aiddi, 1242-ci ilin abidəsi olaraq qorunur. (1264), Atəşbaz Vəli (1285), Serhavan (XIII əsr.), Turqutoğlu Türbələri (1432) koskoca ərdəmliyi ilə tarixə yoldaşlıq edir. Hələ bir Qızılörən (1206), Quruçeşmə (1205), Pambıqçı (XIV əsr) sarayları”¦ Hansından söz açım, hansından danışım? Bəlkə Meramdakı külliyələrdən başlayım? Ən öncə Sahib Ata Külliyəsi gəlir, kitabəsinə görə 1258-ci ildə memar Kəlük bin Abdullah tərəfindən yapılıb. Mərmər işləmələri göz çəkir. Çini mehrabı öz dönəminin ən yaxşı örnəklərindən biridi. Mehrab çini sütunlarla çevrələnib. Füruzə rənginin kölgələnməsi ən müxtəlif çeşidlərlə bir araya gəlib. Caminin güney səmtində Sahib Ata Hanegahı yer alıb. Kitabəsinə görə 1279-cu ildə Allahın mömin qullarına mənzil və takva sahibi sufilərə məskən olaraq inşa edilmişdir. 1283-cü ildə Hanegahın quzey eyvanına türbə yerləşdirilmişdir. Sonra gəlir Sahib Ata Türbəsi”¦ Türbənin üzərindəki yazıya görə türbə Səlcuqlu vəzirlərdən Sahib Ata Fəxrəddin Ali tərəfindən yapdırılıb. Ortasındakı çini sərdabələr üzərində qabartma yazılar yer alıb. Sərdabələrin ən böyüyü Sahib Ataya aiddi. Digərlərində oğlu Taceddin Hüseyn, Nəsrəddin Hasan, qızları Seyidə və Məsumə Məlikə Xatun və yaxınlarından Şəmsəddin Məhəmməd uyumaqdadırlar. Hər birinin sərdabəsi önündə ayaq saxlayır, fatehə verir, dua oxuyuram. Yazılması, ifadə edilməsi mümkünsüz olan bir sükut düşüncələrimi çəkib, aparır.

Xalq arasında Sultan hamamı kimi tanınan Sahib Ata Sultan hamamı burdadı. Səliqə-səhmanı bircə baxışdan hiss edilir, sadə görünüşlüdü.

Və nəhayət Sahib Ata Çeşməsi. XIX əsrin abidəsi olaraq qorunur. Topraklı su çeşməsi Üçler məzarlığının sol tərəfindədi. Məzarlığın Kərimlər səmti Koyuntoğlu muzeyi, İstiqlal şehitliyi, Üçler mərkəzinin sağ tərəfini çevrələyib. Aslanlı qışlası səmtində Konya mədəniyyət Mərkəzi göz oxşayır. Buradan Mevlana Kültür mərkəzinə 10-15 dəqiqəlik bir məsafə var. Şehit Nazim bəy camisi Mevlana muzeyinin sol səmtindədi. Buradan Körpübaşına, Makiboğlu camisinə aparan yollar keçir. Sahib Ata camisindən, Sahib Ata külliyyəsindən keçən yolların bir ucu Yavuz Səlim camisinə aparır. Konya Dövlət Teatrının möhtəşəm binasına yol burdan keçir. Atatürk Anıtına buradan yol ayrılır. Eləcə də Qazi liseyinə, Amber Reis camisinə, Şeyx Sedreddin Konevi Türbəsi və camisinə. Qazi liseyi səmtindən Atatürkün ev muzeyinə aparan yol bir göz qırpımı qədərdi. Hacı Hasan Camisi sol tərəfində, Abdulmömin məscidi sağda”¦ Ondan da sağ səmti Tahir Paşa camisi çevrələmiş”¦ Bir az da sağda Sərçəli mədrəsəsi öz kutsal, mistik durumu ilə gəlişimizə qucaq açır. Bu səmtdən Alaeddin bulvarı, Alaeddin türbəsi və camisi apaydın görünür. Az əvvəl bizi götürən arabalar bu ətrafı dolanıb keçmişdi. Ziyarət etdiyimiz camilərin, anıt mərkəzlərinin paklığını, tarixi vüqar, fəxarət duyğularını qəlbimizdə sıx-sıx tutaraq döndük. Daş pillələrdən qalxan xəfif ayaq səslərimizi içimizə çəkə-çəkə döndük. Yığın-yığın xatirələrin, çeşidli tarix dönəmlərinin yuxusunu qaçırmamaq, ancaq nəfəsini, gerçəkliyini qoxumaq amacıyla yürüdük. Ayaqlarımızla yox, qəlbimizlə irəlilədik, duyğularımızın gül ətri götürdü bizi.

DƏRVİŞ KİMİ YAŞAR,

PADŞAH KİMİ UYUYARAM!..

Konyada göz önündə olanlardan çox abidələşib tarixə gömülənlərin xatirəsi çəkir adamı. Alaeddin türbəsinin özündə ehtiva etdiyi tarix atdığım hər qədəmdə “mənə dön, ruhumu oyat”x9d səslənişi edirdi. Böyük şairəmiz Məhsəti xanımın rübaisindən deyimlər keçir yaddaşımdan: “Küzə dilə gəlib dedi ki, mən də sənin kimi idim, bu günə qaldım”¦”x9d Konya tarixinin qızıl səhifələrində yer almış bir çox tarixi şəxsiyyətlərin ruhu Alaeddin camisində bir arada uyuyur. Xəyal məni yenə Mevlana, Şəms, Konevi böyüklüyünün iç dünyasına çəkir. Bu cami önündə dayanıb da Şəms, Mevlana, Konevi düşüncəsinin dərkinə varmamaq mümkün deyil. “Dərviş kimi yaşar, padşahlar kimi uyuyaram”¦”x9d ”“ bunu Mevlana həzrətləri vəsiyyət olaraq buyurub. Konevi isə bir başqa tərzdə, ancaq eyni əxlaq ucalığıyla ifadə edib münasibətini: “Padşahlar kimi yaşar, dərviş kimi uyuyaram”¦”x9d Hər iki halda ruhun əbədi paklığına sığınır bu dahi şəxsiyyətlər. Biri o birini təkzib etmir. Sadəcə olaraq eyni müstəvinin fərqli tərəflərindən bəhs edirlər.

Alaeddin təpəsi və camisi önündə dayanıb bu eyni anlamlı, fərqli biçimli deyimləri dönə-dönə xəyal edirəm”¦ Bu təpənin lap əlyetərində II Kılınc Arslan köşkü yer alıb. İnce minarə mədrəsəsi sol üzdədi. Kültür parkı, kitabxana, Ak cami də buralara yaxındır”¦ Karatay Mədrəsəsi, Sakahani Xızır İlyas məscidi, Tarixi Dədə Bağçası, Hacı Veyiszadə camisi və külliyyəsi, Tacül Vəzir türbəsi, Fatma Hatun Ferhudə Süt təkkəsi, Yazarlar Birliyi Evi, Selimiyə çörəkxanası, Algav zaviyəsi və Mahmudiyyə mədrəsəsi bir aradadı. Zindanqala bir az aşağıda, solda yer alıb. Hacı Veyiszadə camisindən bir az solda Konya Böyük Şəhər Bələdiyyəsi qərar tutub. Buradan Xalçaçı camisinə keçən yol İstanbula aparır. Necə ki, Hacı Hasan camisindən sol tərəfə aparan yol Kazım Karabekir camisi istiqamətində Tarixi Meram Körpüsünə aparır. Konya Böyük Şəhər Bələdiyyəsinin sol səmtindən az məsafə var ki, Beyşehir, Hoca Cihan, Quruçeşmə və Qızılörən sarayları səmtinə yetə biləsən. Alaeddin təpəsinin və camisinin sağ çevrəsini Qazi Mustafa Kamal ilk öyrətim məktəbi, Mərkəzi Bank, Sənaye məktəbi, Şərafəddin camisi, İplikçi cami, Ziyarət Bankı, Konya valiliyi, Əski Osmanlı Bankı, Şəms camisi, Zenburi məscidi qapayır. Xınaçı məscidi, Əmir İshaak bəy, Seyfeddin Karasüngür türbələri, Kiçik Karatay mədrəsələri də bu səmtdədi. Yan tərəfində də Qız məktəbi. Dönüb bir də yenidən baxıram; Tacül Vəzir, Piri Mehmet, Kadı Mürsel, Kanı, Selimiyye, Cıvıloğlu, Senhevan, Ahu Baba Kadılar, Kürkçü, Abdulazaz, Asri camilərini ehtiramla ziyaret ettimmi? Ettim! Tarixi Dədə Bağçasını seyr etdimmi? ”“ etdim”¦ Yusufağa kitabxanasına baş çəkdimmi? Ayrı cür ola bilərmi? Balıqlı, Fuar, Buğday Bizarı, Mehmet Ağa, Devri Cedid çeşmələrinin dupduru, abi-kövsər suyundan içdimmi? ”“ içdim”¦

İxtiyarəddin, Karaeli, Çuxur Məhəllə, Sarı Çimilli, Nuh Əfəndi, Hasan Əfəndi, Hacı Veys camilərini göz, könül, düşüncə yaddaşıma köçürdümmü? ”“ köçürdüm.

Bütün bunlar öz tarixi məqamında unudulmaz, doyulmaz və əzizdi. Ancaq Sadreddin Konevi Camisi və türbəsinin yaddaşımda oyatdığı unudulmaz duyğunu ayrıca qeyd etməyə bilmirəm”¦

BU O SADREDDİN KONEVİDİ Kİ”¦

Ömrünün son anlarına qədər Mevlana həzrətlərinin qəlbi bu mömin şəxsiyyətə qarşı səmimi bir məhəbbət hissiylə dopdolu olmuşdu! Mevlananın ən ağır durumlu vaxtlarında ona Allahdan sağlamlıq təmənnası umanların ilki, birincisi Sədreddin Konevi idi. Mevlananın son nəfəsində göz yaşı tökənlərə məhz Sədreddin Konevi səslənmişdi: “Nurun Nura qovuşmasını, Ona yetməsini istəmirsinizmi?!”x9d

Çələbi Husameddin Həzrəti Mevlananın vəfatına yaxın ondan sormuşdu ki, cənazə namazını kimin qılmasını istərdiniz”¦ “Şeyx Sədreddin hepisindən evladır”x9d söyləmişdi Mevlana.

Mevlananın vəsiyyəti üzrə bu özəl lütf Sadreddin Konevi həzrətlərinə nəsib olmuşdu. Vaxt yetdi, zaman çatdı. Konevi cənazə namazına başlamaq üçün irəli yeridi”¦ Bir-iki qədəm atdı və”¦ hıçqıraraq özündən getdi. Gecdən-gec toparlandı, vəsiyyəti yerinə yetirdi. Rəvayətə görə o məqamda huşunu itirməsinin səbəbi cənazə namazında önündə mələklərin sıraya düzülməyi, məxsusi olaraq Həzrəti Peyğəmbəri görməsi olmuşdu. Digər bir rəvayətə görə isə Həzrəti Mevlananın cənazə namazı zamanı Sadreddin Konevi huşunu itirdiyindən onun əvəzinə Mevlananın cənazə namazını Kadı Siracəddin qılmışdır. İmam Əbu Hənifənin buyurduğu kimi, saleh, alim və arif insanların yad edildiyi yerə rəhmət və bərəkət enər. Bu ölümsüz düşüncələrlə baş-başa ziyarət edirəm Sadreddin Konevi Camisini. Bilirəm ki, Konyada Selcuqlu kitabxanalarının ən önəmlisi 1274-cü ildə Daş qalanın Çeşmə Qapısı yaxınlığında qurulan Şeyx Sadreddin Konevi kitabxanası olub. Özündən və babasından qalan kitablar bu məqamda bir araya gətirilib. Sadreddin Konevinin babası Malatyalı Necdeddin bəy Anadolu Selcuqluları dövləti xidmətində olmuş, bir neçə dəfə diplomat olaraq Bağdada getmiş, Mosul və Cizrədə tanınmış elm və din xadimləri ilə ünsiyyətdə olmuşdur. Belə bir şəxsiyyətin tərbiyəsini almış Konevi uzun müddət Şamda yaşayan hocası İbnül-Arabinin yanında qalmış, onun yetişdirdiyi ən tanınmış tələbələrindən olmuşdur. 1274-cü ildə vəfat etdikdən sonra vəsiyyətinə görə bugünkü türbəsi yapdırılmışdır. Manzumə içərisində zaviyə, məscid, kitabxana, türbə, çeşmə və şadırvan yer alıb. Mənbələrə görə bu məkanı Sadreddin Koneviyə xəstə bir uşağı sağalda bildiyi üçün Selcuqlu dövlət xadimi Hoca Cihan bağışlayıb.

Hoca Fakih türbəsi və məscidi isə Konyada şəkər fabrikasının arxa qapısının qarşısında, əski Bəyşəhər yolu ilə Meram-Yaka yolunun ayrıldığı yerdə qərarlaşıb.

Mənbələr qeyd edir ki, Hoca Fakih Ahmed Mevlananın babası Bahaeddin Veledin həm tələbəsi, həm də müridlərindən biri olub və onun haqqında bilgi verən Hacı Bektaşi Vəlinin “Vilayətnamə”x9dsində də bu barədə qeydlər var. Bektaşiyə görə Ahmed Fakih Emir Cem Sultanın xəlifəsidir. Konyada uyuyan evliyalar haqqında o qədər tarixi məxəzlər, bilgi və qaynaqlar var ki! “Konyada haqlarında bilgi bulunan-bulunmayan yüzlərcə elm adamı olan Vəli və Nəbiyi bağrında barındıran üç mərkəz qəzadan birisi Meramdır”x9d.

Bu kudsal məkanla bağlı olan tarixi şəxsiyyətlərin təkcə adlarını sayası olsaq gərək cild-cild kitablar bağlayaq. Türbəsi Meram təpəsi yamaclarındakı yaşıllıqlar və Karamanoğlu dönəmi tarixi abidələri arasında yer tutan Tavus Baba (Hatəmi Dədə) haqqında ayrıca bəhs edimmi? Nə yazıqlar ki, zaviyəsinin dəqiq yerini göstərməyimiz imkansızdı”¦ Müridi Pirevi Sultan sağ olaydı kaş! Halıncı Baba, Şeyx Osman Rumi, Hasan Dumi sağ olaydı kaş! Bu unudulmaz, dadlı nağılı yenidən, birər-birər dilə gətirəydilər, söyləyəydilər yerli-yataqlı: “Sultan Əhməd Yəsəvinin ağacdan bir qılıncı vardı. Gətirib hörmətlə Hacı Bektaşi Vəlinin belinə qurşadı. Və sonra ocaqda yanan tut ağacının bir budağını götürüb qovzayaraq Anadoluya doğru tulladı. “Rumda bunu tutarlar”x9d dedi. O yanan budağı Konyada Sultan Xoca Fakih əl atıb tutdu və hücrəsinin önünə sancdı. O yanan tut budağı Allahın qüdrətindən göyərdi, bitdi, bar gətirdi”x9d.

Bütün tarixi abidələr mübarək bir zatın mübarək əlləriylə dünəndən bu günə ünvanladığı o yanan, od tutan tut budağı kimidi. Həmişə müqəddəs məkanlara doğru ox kimi süzür. Gərəkdi ki, onu saxlaya bilən pak əlin ola, hücrənin qapısına saf niyətlə sanca və göyərdə biləsən. Göyərdə bildinsə tarixinin barını gətirəcək, nəslin, nəcabətin, millətin barınacaq, sahib çıxacaq bu ömür ağacına”¦ Kiçik Karatay Məscidi belə səsləniş edir öz tarixi yaşantılarıyla”¦ Mecidiyye caminin minarəsindən yüksələn azan səsi bu həqiqəti anlatmaqdadı! Sahib Ata türbəsinin naxışları eyni düşüncəni daşıyır. Erdenşah, Kömürçülər, Nuriye və Sarı Cimili camilərində zikr edilən dualar belə qoxuyur”¦

SU GƏLƏN ARXA SU BİR DƏ GƏLƏR

Konya 1097-ci illərdə Selcuqluların baş şəhəri olaraq tanındı, yüksəliş dövrünü yaşadı. XII-XV əsrlərin siyasi qovğaları sonucunda dövlət mərkəzi olmaq durumuna son qoyuldu, əvvəlki qüdrətini itirdi. Ancaq qos-qoca tarixi zaman-zaman Meramın ən ünlü əfsanələrinin mövzusu olan Qızlar qayası kimi ərdəmli, Daş Məscid kimi kutsal, Meram çayı qədər şəffaf qaldı. Yenə də müsafirləri sım-sıx gəlir. Yetər ki, Evliya Çələbinin məhrəm, doğmadan-doğma nəzərləriylə baxa biləsən, Şəms Təbrizi, Həzrəti Mevlana, Sadreddin Konevi əxlaqıyla ziyarət edəsən. O da eyni doğmalıqla gəlişinə könül aça, “bəri gəl!”x9d deyə:

Beri gel, daha beri, daha beri”¦

”¦Sen bensin işte, ben senim işte!

Şair Mühlisə məxsus olan sözlərdi; Mevlana muzeyindəki bir lövhə üzərində həkk olunub. Ən doğru olanı budu. Fərmanı daşa təsir edənlərin izi əbədiyyət səhifəsinə düşər. Konya bir əbədiyyət səhifəsidi ”“ onu ruhən, tam mənasıyla, anlamıyla yaşaya bilənlər üçün!.. Yenə də Mevlana həzrətlərinin ruhunca səslənməkdədi: “Eğer dâima cennette olmak istersen, herkesle dost ol, hiç kimsenin kinini yüreğinde tutma! Fazla bir şey isteme ve hiç kimseden de fazla olma! Merhem ve mum gibi ol, iğne gibi olma. Eğer hiç kimseden sana fenalık gelmesini istemezsen fena söyleyici, fena öğretici, fena düşünceli olma! Çünkü bir adamı dostlukla anarsan, daima sevinç içinde olursun, iste o sevinç Cennetin tâ kendisidir. Eğer bir kimseyi düşmanlıkla anarsan, dâima üzüntü içinde olursun, işte bu gam da Cehennemin tâ kendisidir. Dostlarını andığın vakit içinin bahçesi, çiçeklenir, gül ve fesleğenlerle dolar. Düşmanları andığın vakit, için dikenler ve yılanlarla dolar, canın sıkılır, içine pejmürdelik gelir. Bütün peygamberler ve velîler, böyle yaptılar, içlerindeki karakteri dışarı vurdular. Halk onların bu güzel huyuna mağlup olup tutuldu, hepsi gönül hoşluğu ile onların ümmeti ve müridi oldular.”x9d
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO