Eldar İbrahimovun qardaşı Gömrük Komitəsindəki vəzifəsindən uzaqlaşdırıldı

Eldar İbrahimovun qardaşı Gömrük Komitəsindəki vəzifəsindən uzaqlaşdırıldı

Hazırda oxunan: Eldar İbrahimovun qardaşı Gömrük Komitəsindəki vəzifəsindən uzaqlaşdırıldı

88039
Milli Məclisin üzvü, Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimovun qardaşı Nizami İbrahimov bu gün gözlənilmədən Dövlət Gömrük Komitəsinin Xəzər Dənizində Azərbaycan Respublikasının İqtisadi Mənafelərinin Mühafizəsi Gömrük İdarəsinin rəisi vəzifəsindən azad edilib. 


Moderator.az-ın məlumatına görə, xəbəri azərtaym.az yayıb. Nizami İbrahimov günün birinci yarısında iş yerinə gəlib və idarənin kollektivini yığaraq onlarla vidalaşıb. Məlumatdan belə qənaət formalaşır ki, Nizami İbrahimov vəzifədən azad edilməklə yanaşı həm onun gömrük orqanlarındakı fəaliyyətinə də xitam verilib.

AzPolitika.info xatırladır ki, Eldar İbrahimov cəmi 2 gün əvvəl ”“ iyulun 27-də genetik modifikasiya olunmuş məhsulların ölkə ərazisinə gətirilməsilə bağlı danışarkən, Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidmətinin bu məsələdəki fəaliyyətsizliyinə diqqəti çəkmiş, bu dövlət qurumlarını sərt tənqid etmişdi. 

Sitat: “Geni dəyişdirilən məhsulların ölkəyə buraxılması, onların insanlar satılması dəhşətli cinayətdir. Gərək aidiyyəti qurumlar, şəxslər məhsuliyyətli olsunlar”x9d.

Bundan dərhal sonra Dövlət Gömrük Komitəsi açıqlama yayaraq deputatı təkzib etmişdi.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO