İlahiyyatçı alimdən İbrahim Nehrəmliyə mesaj-
 “Spirtli içkidən çəkinmək lazımdır”x9d

İlahiyyatçı alimdən İbrahim Nehrəmliyə mesaj- “Spirtli içkidən çəkinmək lazımdır”x9d

Hazırda oxunan: İlahiyyatçı alimdən İbrahim Nehrəmliyə mesaj- “Spirtli içkidən çəkinmək lazımdır”x9d

83636
İş adamı Hacı İbrahim Nehrəmlinin mətbuata verdiyi son açıqlaması  artıq neçə gündür ki, müzakirə olunmaqdadır. İbrahim Nehrəmli Həcc ziyarətinə getməsinə baxmayaraq konyak içdiyini açıq formada bildirib.  Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən İlahiyyat üzrə fəlsəfə doktoru,  ilahiyyatçı alim Əkrəm Həsənov bildirib ki, spirtli içki birmənalı olaraq müsəlmanlar üçün haram buyurulub:

 "Bu doğru addım deyil.. Çünki Allah təala Qurani Kərimdə arağı (şərabı) haram edib. Şərabın haram olması ilə bağlı üç ayə var ki, bunun üçüncüsündə Allah təala bildirib ki, artıq möminlərə, iman edənlərə şərab içmək, yəni spirtli içkilərdən istifadə etmək qiyamətə qədər haram buyruldu. Arağın haram edilməsindən sonra Peyğəmbərin yanında olan iman əhli səhabələr də evlərində olan arağı küçələrə tullayırlar. Bu barədə gələn hədisin birində Allah Rəsulunun sonuncu həyat yoldaşı, möminlərin anası Aişə deyir ki, Mədinənin küçələrindən sanki sel axırdı. Onu müşahidə edən səhabələrin də bizə gəlib çatan xəbərlərində bildirilir ki, ondan sonra daha iman edənlərin heç biri şərab içmədilər. İslam alimləri də qeyd ediblər ki, şəriət mənbələrinə əsasən şərab içmək, yəni spirtli içkilər içmək haramdır. Bunu edən günahkardır, fasiqdir, asidir. Allaha qarşı asilik etmiş olur. Peyğəmbərimiz bir hədisində buyurmuşdur ki, iman edən heç vaxt spirtli içkilər içməz. Ancaq bəzi alimlər spirtin tibbdə istifadəsini icazəli hesab ediblər. Spirtli içkilərin istər Kəbədə, istərsə də Bakıda içilməsinin fərqi yoxdur. Bu gün dünyanın hər bir yerində növündən asılı olmayaraq belə içkilər içənlər Allah yanında günahkar olarlar. Allah istəsə onları bağışlayar, istəsə də cəzalandırar. Spirtli içkilərin zərərləri hamıya məlumdur. Allah təala onu şeytan əməli adlandırmışdır. O ki, qaldı kimsə ibadət edirsə və daha sonra bu cür sərxoş edici içkilər içirsə ola bilsin ki, ibadətləri qəbul olunmasın. Çünki islam inancına görə, Qiyamət günü əməllər tərəzidə çəkiləndə həm savab əməllər, həm də günahlar çəkiləcək. Əgər tərəzidə hansısa ibadətə görə savab qazanıbsa insan, ola bilər ki, hansısa çoxlu günahlarına görə savab tərəfi az olar və ziyana düşənlərdən olar. Həcc ziyarəti də bir ibadətdir və ora ziyarətə gedən hər bir müsəlman Allahdan qorxaraq günahlardan çəkinməlidir. Əgər bir neçə səfə həcc edibsə, bundan daha çox günah etməsi onun bütün etdiyi savabları silib apara bilər. Həmçinin müsəlman başqasına yaxşı örnək olmalıdır. Müsəlmanın öz günahını yayması daha mənfi haldır. Bir hədisində Peyğəmbərimiz buyurub ki, günahlarınızı yaymayın, gizlədin ki, Allah da sizin günahlarınızı gizləsin. Müsəlman, Allaha iman edən hər zaman çalışmalıdır ki, günahlarını gizləsin. Onu yayması həm özünə zərərdir, həm də başqalarına günah qapılarına aça bilər. Belə bir şəxs bilmədən edibsə əgər Allahdan bağışlanma istəsə ola bilər ki, Allah təala onun günahlarını bağışlayar. Allah Rəsulu bir hədisində buyurub ki, çoxu haram olanın azı da haramdır. Spirtli içkilər bütün növləri ilə Qiyamət qədər haram edilib. Azı da, çoxu da bu səbəbdən spirtli içkinin azından da çəkinmək lazımdır."
Xəyal Əzizov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO