Paytaxtın bu yollarında sıxlıqdır - SİYAHI 

Hazırda oxunan: Paytaxtın bu yollarında sıxlıqdır - SİYAHI 

75745

Bakının bəzi küçə və prospektlərində sıxlıq müşahidə edilir.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Məlumatda bildirilir ki, aşağıda adları qeyd olunan yollarda nəqliyyatın hərəkətində çətinlik yaşanır.

Tbilisi prospektində Heydər Əliyev adına İdman Sarayını keçdikdən sonra, Azər Əliyev küçəsi ilə kəsişməyə qədər, 20 Yanvar dairəsi istiqaməti və 20 Yanvar dairəsi istiqamətindən başlayaraq, Abdulvahab Salamzadə küçəsi ilə kəsişməsinə qədər, şəhər istiqamətində sıxlıq müşahidə olunur.
Həmçinin, Akademik Həsən Əliyev küçəsinin, 1 saylı Bakı "ASAN xidmət" mərkəzinin qarşısı da daxil olmaqla, Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişməsindən, Xan Şuşinski küçəsi ilə kəsişməsinə qədər olan hissəsində, Koroğlu Rəhimov küçəsi istiqamətində və Səməd Vurğun küçəsi ilə kəsişmədən başlayaraq, Novruzov qardaşları küçəsi ilə kəsişməyə qədər, Tbilisi prospekti istiqamətində sıxlıq var.

Bildirilir ki, Ziya Bünyadov prospektinin, Əhməd Rəcəbli küçəsi ilə kəsişməsindən başlayaraq, DİN Hospitalın qarşısına qədər olan hissəyə qədər - əsas yolda, 20 Yanvar dairəsi istiqamətində və Əhməd Rəcəbli küçəsi ilə kəsişməsindən başlayaraq, Əliyar Əliyev küçəsi ilə kəsişməyə qədər - əsas yolda, Koroğlu metro stansiyası istiqamətində də sıxlıq müşahidə olunur.

Üzeyir Hacıbəyli küçəsində, Cavanşir körpüsünün üzərindən, Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməyə qədər, Hökumət Evi istiqamətində də sıxlıq var.

Eyni zamanda, Cəlil Məmmədquluzadə küçəsinin, Ceyhun Səlimov küçəsi ilə birləşən hissəsindən, Akademik Həsən Əliyev küçəsi ilə kəsişməsinə qədər olan hissəsində sıxlıq müşahidə olunur.

Qurumdan bildirilir ki, 28 May küçəsinin, Azadlıq prospekti ilə kəsişməsindən başlayaraq, Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər, Bülbül prospekti istiqamətində sıxlıq müşahidə olunur.

Koroğlu Rəhimov küçəsində, Akademik Həsən Əliyev küçəsi istiqaməti və Gülarə Qədirbəyova küçəsi istiqamətində də sıxlıq olduğu bildirilir.

Gülarə Qədirbəyova küçəsinin, Şah İsmayıl Xətai prospekti ilə kəsişmə istiqamətində,eyni zamanda Heydər Əliyev prospekti istiqamətində və Koroğlu Rəhimov küçəsi istiqamətində də sıxlıq var.

Şah İsmayıl Xətai prospektinin Əhməd bəy Ağaoğlu küçəsi ilə kəsişməsindən, Əbdüləzəl Dəmirçizadə küçəsi ilə kəsişməsinə qədər, Azərbaycan Respublikası Təhsil Nazirliyi istiqamətində də vəziyyət eynidir.
Qeyd edək ki, analoji vəziyyət Azadlıq prospektində, Sahib Zeynalov küçəsi ilə kəsişməsindən, Salatın Əsgərova küçəsi ilə kəsişməsinə qədər olan hissəsində, Neftçilər prospekti istiqamətində də müşahidə olunur.

Salatın Əsgərova küçəsinin, Təbriz küçəsi ilə Ceyhun bəy Hacıbəyli küçələrinin kəsişməsindən, Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissəsində, Səməd Vurğun küçəsi istiqamətində də sıxlıqdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO