Əfv Komissiyasının iclası başa çatıb, 600-dən çox... - YENİLƏNİB

Hazırda oxunan: Əfv Komissiyasının iclası başa çatıb, 600-dən çox... - YENİLƏNİB

75678

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının sonuncu iclası keçirilib.

Bizim.Media xəbər verir ki, bu gün keçirilən iclasda 100-dən çox, ümumilikdə keçirilən iclaslarda isə 600-dən çox müraciətə baxılıb.

Yekun siyahı Prezident İlham Əliyevə təqdim olunacaq. Dövlət başçısının 28 May - Müstəqillik Günü münasibətilə bayram ərəfəsində əfv sərəncamı imzalayacağı gözlənilir.

***15:05

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası başlayıb.

Bizim.Media xəbər verir ki, iclasda komissiyaya daxil olan müraciətlərə baxılacaq.

Qeyd edək ki, komissiyanın iclaslarının 28 May Müstəqillik Günü münasibəti ilə nəzərdə tutulan əfvlə bağlı keçirildiyi bildirilir.

Bugünkü iclasda bununla bağlı sonuncu müzakirələr aparılacaq.

09.34***

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının sonuncu iclası keçiriləcək.

Bizim.Media xəbər verir ki, iclasda komissiyaya daxil olan bütün müraciətlərə baxılaraq sonlandırılacaq.

Qeyd edək ki, komissiyanın iclaslarının 28 May Müstəqillik Günü münasibəti ilə nəzərdə tutulan əfvlə bağlı keçirildiyi bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO