Bakıda qeyzer pomidorları

Bakıda qeyzer pomidorları

Hazırda oxunan: Bakıda qeyzer pomidorları

74746
Türkiyənin Ağrı vilayətinin Diyadin bölgəsində 85 dərəcə istiliyi olan geotermal sulardan istifadə etməklə becərilmiş istixana pomidorları Azərbaycan və Rusiyaya ixrac ediləcək.

ANS PRESS-in məlumatına görə, bu barədə Ağrı vilayətinin valisi Musa İşın bildirib. Onun sözlərinə görə, illərdir işlədilməyən termal sularının istixanalarda istifadəsi gerçəkləşdirilib. 

İlk mərhələdə 2 hektar ərazidə quraşdırılan istixanada salxım pomidorlar yetişdirilir. Torpaqsız əkinçilik tətbiq edildiyindən məhsuldarlıq 4 dəfə yüksəlir. Şəhər rəhbərliyi istixanaların ərazisini 100 hektara qədər artırmağı düşünür. 

Qeyd edək ki, oxşar termal sular Azərbayanın İmişli rayonunda da var. 1000 hektara qədər istixana qurmağa imkan verən həmin sular sadəcə axaraq Araza tökülür. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO