Qadına qarşı şiddətin dünyada artması hamımızı ciddi narahat etməlidir. Ölkəmizdə və hər yerdə qadına qarşı şiddətə qarşı barışmaz olmalıyıq, ciddi mübarizə aparmalıyıq, çünki sonu hər zaman ağır faciələrlə bitir. Mersində Xocalı Soyqırımı ilə bağlı konfransda çıxış etməyə gedəndə Özgecanın ailəsini ziyarət etməyi də özümə bir borc bilmişdim. Gənc övladının faciəli ölümündən böyük sarsıntı keçirən ata-anasının acısı ürək dağlayırdı. Otaqdakı məhşur fotodan isə Ozgecan ürəkləri dağlayan məsum baxışları ilə bizə baxırdı. Anası diqqətlə baxdığımı görüb “sizcə nə söyləyir?”x9d dedi. Ananın gözlərində o qədər ağrı var idi ki, nə cavab verdiyimi, nə söylədiyimi belə xatırlamıram. Taleyin qəribə işləri var. Bir neçə gün əvvəl bir dostumuz Türkiyədə bir layihə əsasında qadına qarşı şiddətə etiraz çağırışlarını özündə əks etdirən bir bəstənin sözlərini mənim yazmamı rica etdi.O gözləri və ananın sualını xatırladım və dünyanın hər yerində qadına qarşı şiddətə “yox”x9d deyək düşüncəsi ilə “Ömürler solmasın”x9d deye yazdım. Daha yaxşısını yazmaq istərdim, amma gücüm buna çatdı. Qadına qarşı şiddət, anaya şiddət, anaya qarşı şiddət isə topluma şiddətdir. Unutmamalıyıq...
ÖMÜRLER SOLMASIN
Kadınlar, Rabbinden sana emanet,
Onun ayağının altıdır Cennet,
Unutma! Acizlikten doğar her şiddet...
Şiddete uzanan kollar kırılsın!
Kadını öldüren, eller kırılsın!
Sen, şiddete karşı tavrını takın,
O mutlu yarınlar, yakın, çok yakın,
Her kadın bir anne, unutma sakın!
Güvenilir bir yer olsun dünyamız,
Sevgiyle, neşeyle dolsun dünyamız...
Canavarlar her gün bir can dağlıyor,
Yıkılan yuvalar, kara bağlıyor,
Her gün anne, her gün kadın ağlıyor...
Ne olur çiçekler, erken solmasın!
Şiddete duyarsız, insan olmasın!
Anneler, babalar, beni dinleyin!
Evdeki şiddete, geçit vermeyin!
Öğretmenler, şiddete siz “dur”x9d deyin!
Budur mutluluğa götürecek sır,
Okuldan başlasın “şiddete hayır!”x9d
“Özgecan”x9d diyor bak, milyonlarca can,
“Sevgi dolsun dünya, dökülmesin kan,
Solmasın ömürler, ölmesin insan...”x9d
Sorulsun hesabı akan kanların!
Ağlamasın anası, Özgecanların...






































































































