Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə, "Heydər Əliyev ili" çərçivəsində Bərdə rayon İcra Hakimiyyəti və YAP Bərdə rayon təşkilatının birgə təşkilatçılığı ilə agacəkmə aksiyası keçirilib.
Agacəkmə aksiyasında rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya, rayonun hüquq mühafizə orqanlarının, Qarabağ Təhsil İdarəsi və Qarabağ Mədəniyyət İdarəsi Bərdə sektorunun rəhbərləri və kollektivləri, Bərdə Peşə liseyi, Bərdə Dövlət İdarəetmə və Texnologiya kollecindən müəllim və tələbələr iştirak ediblər. Ulu öndərin adını daşıyan Parkın kənarında və rayonun girişində 300 ədəd şam ağacının tingləri əkilib.
Ağac əkən qollarınız yorulmasın!





































































































