Qaz sayğacının gözünə məftil uzatdılar - VİDEO

Qaz sayğacının gözünə məftil uzatdılar - VİDEO

Hazırda oxunan: Qaz sayğacının gözünə məftil uzatdılar - VİDEO

604804
Paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində Adilxan Acalova məxsus fərdi yaşayış evinin qaz təchizatında kadrlardan da aydın göründüyü kimi heç bir problem yaşanmır. Əksinə adıçəkilən abonentin sayğaca qanunsuz  müdaxiləsi SOCAR “Azəriqaz” İB-nin işçi qrupunun işini bir qədər də artırmış olub.
 
Fərdi yaşayış evində qazın təzyiqi normaldır və istilik sistemləri lazımi səviyyədə çalışır. Ancaq sayğac qazın sərfiyyatını qeydə almır.
 
Qanunsuz müdaxiləyə məruz qalan sayğac yenisi ilə əvəz olunaraq laboratoriyada yoxlanılması üçün Birliyin Metrologiya Departamentinə göndərilib. Metrologiya Departamentində abonentin nümayəndəsinin iştirakı ilə ilk olaraq sayğaca vizual baxış keçirilib. Daha sonra kamera vasitəsilə sayğacın daxili yoxlanılıb. Nəticədə müdaxilə faktı təsdiqlənərək abonentin nümayəndəsinin razılığı ilə aktlaşdırılıb.
 
Bir daha  SOCAR “Azəriqaz” İB olaraq abonentləri qaz təchizatına kənar müdaxilə hallarından uzaq durmağa çağırırıq.
 
Ətraflı video materialda:

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO