Şəkidə su kanalına yıxılan 33 yaşlı kişi həyatını itirdi.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bədbəxt hadisə Şəkinin Cəyirli kəndi ərazisində baş verib.
Belə ki, kənd sakini 33 yaşlı Abuzər Əsgərov kənd ərazisindəki su kanala yıxılıb.
Kənd sakinləri onu kanaldan çıxararaq Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırmaq istəsələr də mümkün olmayıb. Epilepsiya xəstəliyindən əziyyət çəkən A. Əsgərov yolda dünyasını dəyişib.
Faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma başlanılıb.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu






























































































