Gecə klubunda çalışan ana körpəsindən İMTİNA etdi – VİDEO

Gecə klubunda çalışan ana körpəsindən İMTİNA etdi – VİDEO

Hazırda oxunan: Gecə klubunda çalışan ana körpəsindən İMTİNA etdi – VİDEO
580374
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanda daha bir körpə sığınacağa yerləşdirilib.

Bizim.Media xəbər verir ki, bu barədə “Təmiz Dünya" Qadın və Uşaqlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova məlumat verib.

Belə ki, ana övladına sahib çıxmadığı üçün körpəyə baxan dayə onu sığınacağa gətirib. Dayə bildirib ki, körpənin anası gecə klublarının birində çalışır:

“Övladını ayda ildə bir dəfə görməyə gəlir. Özünə pul xərcləyir, amma uşağın yeməyi üçün pul istəyəndə vermir”.

Məcburiyyət qarşısında qalan dayə təxminən 3-4 aylıq körpəni sığınacağa gətirib.

Mehriban Zeynalova qeyd edib ki, körpənin heç bir sənədi yoxdur:

“Bu hal işimizi bir qədər çətinləşdirəcək. Uşağın omba nahiyəsində qızartı və bişməcə yaranıb”, - deyə sığınacağın rəhbəri əlavə edib.



Naibə Məmmədova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO