Biləsuvarda 3 yaşayış massivi təbii qazla təmin edilib

Biləsuvarda 3 yaşayış massivi təbii qazla təmin edilib

Hazırda oxunan: Biləsuvarda 3 yaşayış massivi təbii qazla təmin edilib

576222
Biləsuvar şəhərinin “Təyyarə meydanı”, “Aqrolizinq” və “PMK-19” adlanan yeni yaşayış massivlərində yaşayan əhaliyə təbii qazın verilməsi ilə bağlı tədbir keçirilib.
 
"Report"un Muğan bürosunun məlumatına görə, tədbirdə əhalinin mavi yanacağa olan təlabatının ödənilməsi və yeni yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində görülən işlərdən danışılıb.
 
Qeyd olunub ki, bu gün Biləsuvarın bütün yaşayış məntəqələri qazlaşdırılıb. İndi artıq yeni salınan yaşayış məntəqələrinin mavi yanacaqla təmin edilməsi işləri aparılır.
 
Bu gün isə Biləsuvar şəhərinin “Təyyarə meydanı” adlanan hissəsində 170 abonent, “Aqrolizinq” adlanan hissəsində 50 abonent və “PMK-19” adlanan yaşayış məntəqəsində 25 abonent olmaqla ümumilikdə 245 abonent mavi yanacaqla təmin edilir.
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO