Yeni tikilən evlərə niyə qaz verilmir? - "Azəriqaz"dan açıqlama - VİDEO

Hazırda oxunan: Yeni tikilən evlərə niyə qaz verilmir? - "Azəriqaz"dan açıqlama - VİDEO

56895

Əhali artır, yeni yaşayış massivləri salınır. Salınan məhəllələrin qazlaşması isə bəzən illərlə uzanır. Nəticədə sakinlər uzun müddət istilik sarıdan əziyyət çəkirlər. Göygöl şəhərinin Əhməd Cavad küçəsində də anoloji vəziyyət hökm sürür. "Azəriqaz"dan isə işlərin plan üzrə aparıldığı bildirilir. 

Bizim.Media Xəzər TV-yə istinadən xəbər verir ki, yeni tikilən evlərinə qaz çəkilmədiyindən gah odun almalı, gah da həyətlərindəki meyvə ağaclarını yandırmalı olduqlarını deyirlər.

Göygöl şəhərinin genişlənən ərazilərində yeni tikilən evlərin sakinləri illərdir ki, hər qış mavi yanacaqla imtahana çəkilirlər. 

Sakinləri narahat edən odur ki, ətrafdakı bütün küçələrə qaz verilib, onların evləri isə daşıyıcı qaz xəttinin bir addımlığındadır. 

"Azəriqaz"ın Gəncə Regional idarəsindən isə bildirirlər ki, sözügedən ərazinin qazlaşdırılması işləri mövcud plan əsasında aparılacaq. 

Qeyd edək ki, bölgələrdə qazlaşma işləri Regionların Sosial-İqtisadi inkişafı Dövlət proqramına uyğun olaraq həyata keçirilir.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO