Müşfiq Abbasovdan “Şuşa”nın adının dəyişdirilməsi ilə bağlı AÇIQLAMA: “Arayik dedi ki...”

Hazırda oxunan: Müşfiq Abbasovdan “Şuşa”nın adının dəyişdirilməsi ilə bağlı AÇIQLAMA: “Arayik dedi ki...”

56749

Xəbər verdiyimiz kimi, Rusiyanın Soçi şəhərində keçirilən KVN komandalarının 33-cü Beynəlxalq Festivalında (“KiViN-2022”) Azərbaycanı təmsil edən “Şuşa” komandası adını “Buta” olaraq dəyişib.

Bizim.Media Baku TV-yə istinadən xəbər verir ki, komandanın rəhbəri, ssenarist və prodüser Müşfiq Abbasov məsələ barədə açıqlama yayıb.

MÖVZU İLƏ BAĞLI:

Soçidə “Şuşa” adını dəyişən KVN komandasına Tahir İmanovdan REAKSİYA


“Birinci turdan sonra iclas oldu. İclasda redaktorlardan biri – Araik soyadlı redaktor dedi ki, filan komandalar ikinci tura keçir, “Şuşa” komandası yalnız adını dəyişsə, iştirak edə bilər. O söylədi ki, mənə bunu Ruben deyib. Ruben adlı burda bir nəfər var – o, Maslyakovun müavinidir.

Ruben Jaqinyan orada vəzifə və söz sahibidir. Dedim ki, olar qərarı Maslyakov versin? Dedilər, yaxşı.

Dedik ki, onda ikinci tur üçün adımızı dəyişək, Ruben bizi buraxsın, icazə versin ki, ikinci turda iştirak edək”, - M.Abbasov bildirib.

O qeyd edib ki, hazırda komandanın adı “Şuşa”dır:

“Maslyakov dedi ki, sizi başa düşürük, amma “Şuşa” adı başağrısı ola bilər. Onda dedim, biz imtina edirik və ölkəmizə qayıdırıq. Otaqdan çıxmaq istəyəndə, dedi, gözlə, biz bir də müzakirə edək. İndi gözləyirik, desələr ki, “Şuşa” adı ilə iştirak edə bilərik, onda davam edəcəyik, əgər başqa adla iştirakımızı istəsələr, geri dönəcəyik”.

Daha ətraflı videomaterialda:

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO