“Əli Həsənov demirsən ki, mən şirkətlərimlə fəxr edirəm” - Əvəz Zeynallıdan sensasion açıqlama 

Hazırda oxunan: “Əli Həsənov demirsən ki, mən şirkətlərimlə fəxr edirəm” - Əvəz Zeynallıdan sensasion açıqlama 

55988

Son günlər Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənov yenidən diqqət mərkəzindədir. Vəzifədə olduğu dövrdəki fəaliyyətləri ilə medianın gündəmindən düşməyən Əli Həsənov haqqında hər gün yeni iddialar yayımlanır.

Növbəti bu cür qalmaqallı iddiaları bir neçə gün əvvəl jurnalist Əvəz Zeynallı canlı efirində səsləndirilib.

Sözügedən hadisə YouTube sosial şəbəkəsində Əvəz Zeynallının “Siyasət meydanı” verilişində yaşanıb. “Qarabağda yeni döyüşlər nədən xəbər verir?” adlanan canlı yayım zamanı aparıcı Əvəz Zeynallı və qonaq qismində dəvət olunan Zaur Qəriboğlu Əli Həsənovun həyatı və fəaliyyəti ilə bağlı bəzi məqamlara aydınlıq gətiriblər.
 

MÖVZU İLƏ BAĞLI:

Vüqar Səfərli Əli Həsənov və oğlu ilə bağlı məhkəməyə şikayət etdi


Jurnalist Zaur Qəriboğlu Əli Həsənovun oğlu Şamxal Həsənov haqqında ciddi iddialar irəli sürüb. Onun sözlərinə görə, Şamxal Həsənov “Xəzər TV”-yə rəhbərlik etdiyi dövrdə axşamlar kanalda qumar oyunları təşkil edib. Əvəz Zeynallı isə Şamxal Həsənovun hazırda Dubayda əmlak biznesi ilə məşğul olduğunu, onun 2 milyard dollar həcmindəki sərmayəni ABŞ-a köçürdüyünü və ABŞ vətəndaşlığı aldığını vurğulayıb. Bu “sərmayənin” oğurlanan pul olduğu, yoxsa Əli Həsənovun dediyi kimi “alın təri ilə qazanıldığı” məlum deyil.

Canlı yayımda Əli Həsənovun “kasıb” vaxtlarını xatırladan Əvəz Zeynallı, keçmiş şöbə müdirinin “VAZ 21 011” markalı ilk avtomobili alarkən necə sevinc yaşadığını xatırladıb. 

Sonda keçmiş şöbə müdirinə səslənən Əvəz Zeynallı “Əli Həsənov demirsən ki, mən şirkətlərimlə fəxr edirəm. Alın təri ilə qazanmışam. Buyur gəl. Bizim hamımızı tutduran adam sən deyilsən, bizim hamımızın çarağını keçirdən, evimizi yıxan adam sən deyilsən. Çıx mərdi mərdanə gəl, otur Vüqar Səfərli çağırır da hesabatını ver Azərbaycan xalqına”, deyə qeyd edib.

Qeyd edək ki, son dövrlərdə KİVDF-nin keçmiş sədri Vüqar Səfərlinin məhkəmə prosesi çərçivəsində Əli Həsənov və onun oğlu Şamxal Həsənovun da adları hallanır. Vüqar Səfərli baş verənlərdə təkcə onun günahı olmadığını deyir və keçmiş ortaqları olan hər iki şəxsin də istintaqa cəlb olunmasını tələb edir.

Rəvan Əliyev, Bizim Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO