Salyanda avtomobil aşdı - Ata və oğul xəsarət aldı

Hazırda oxunan: Salyanda avtomobil aşdı - Ata və oğul xəsarət aldı

55813

Salyan rayonunda avtomobil aşıb, ata və oğul xəsarət alıb.

Bizim.Media xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun 79-cu kilometrliyində, rayonun Şorsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Masallı rayon sakini, 1976-cıil təvəllüdlü Rəhmətov Fuad Azadxan oğlu idarə etdiyi “Chevrolet” markalı avtomobillə hərəkətdə olan zaman anidən idarəetməni itirib və maşın yolun kənarına aşıb.

Qəza nəticəsində sürücü və onun sərnişini olan oğlu, 2006-cı il təvəllüdlü Rəhmətov Kənan Fuad oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO