“Yaşıl Marafon”nun 1 milyonuncu ağacı əkildi - FOTO

Hazırda oxunan: “Yaşıl Marafon”nun 1 milyonuncu ağacı əkildi - FOTO

49097

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə Abşeron Milli Parkında 2021-ci il “Ümumrespublika Yaşıllaşdırma Marafonu”nun (“Yaşıl Marafon”) yekun ağacəkmə aksiyası və BMT İnkişaf Proqramının EU4Climate layihəsi çərçivəsində veloyürüş kecirilib.

IDEA İctimai Birliyindən Bizim.Media-ya verilən məlumata görə, tədbirdə Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Azərbaycan Respublikasının müdafiə sənayesi naziri, Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Mədət Quliyev, eləcə də Birləşmiş Millətlər Təşkilatı, Avropa İttifaqı və Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndələri, Böyük Britaniya, Belçika, Tacikistan, Bolqarıstan, Yunanıstan və İsrailin Azərbaycandakı fövqaladə və səlahiyyətli səfirləri və diplomatik korpusun digər nümayəndələri iştirak edib.

Tədbir zamanı 2021-ci il “Yaşıl Marafon”nunun 1 milyonuncu ağacı əkilərək ağacəkmə kampaniyası başa çatdırılıb.

Qeyd edilməlidir ki, “Yaşıl Marafon” kampaniyası çərçivəsində cari ilin yaz və payız mövsümləri zamanı ölkə boyu kütləvi ağacəkmə aksiyaları keçirilib.

IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən birgə həyata keçirilən aksiyalar zamanı iydə, şam, fıstıq, sərv, akasiya, ağcaqayın, göyrüş, qoz, palıd, şabalıd, zeytun və s. yerli cinslərdən olmaqla müxtəlif ərazilərin torpaq-iqlim şəraitinə müvafiq qaydada ağaclar əkilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO