XİN-də işə qəbulla bağlı sınaq imtahanında iştirak üçün MƏBLƏĞ

Hazırda oxunan: XİN-də işə qəbulla bağlı sınaq imtahanında iştirak üçün MƏBLƏĞ

49052

Xarici İşlər Nazirliyinə diplomatik xidmətə qəbulla bağlı namizədlərin sınaq imtahanı üçün məbləğ müəyyənləşib.

Bizim.Media-nın DİM-in saytına istinadən xəbərinə görə, sınaq imtahanı dekabrın 26-da keçiriləcək. Namizədlərin sınaq imtahanında iştirak etməsi üçün ödənişin məbləği 60 AZN (ƏDV daxil olmaqla) təşkil edir.

Sınaq imtahanına qeydiyyat Dövlət İmtahan Mərkəzinin internet portalında dekabrın 8-i saat 10:00-dan dekabrın 19-u saat 18:00-dək həyata keçiriləcək. Sınaq imtahanı üçün qeydiyyat xidməti qeyd edilən tarixlərdə aktiv olacaq.

Qeyd edək ki, sınaq imtahanında yazı bacarıqlarının ölçülməsi (esse tapşırıqları) nəzərdə tutulmur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO