Bakıda torpaq sahələrinin qiyməti ucuzlaşdı - SƏBƏB

Hazırda oxunan: Bakıda torpaq sahələrinin qiyməti ucuzlaşdı - SƏBƏB

42970

Bakıda sentyabr ayında torpaq sahələrinin qiyməti 4,58 faiz ucuzlaşıb.

Bizim.Media xəbər verir ki, bunu Trend-ə "MBA Group" konsaltinq şirkətinin direktoru, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov deyib.

N.İbrahimov bildirib ki, ötən ili sentyabr ayı ilə müqayisədə də torpağın qiymətində 4,72 faiz azalma baş verib.

Onun sözlərinə görə, ötən ay ərzində bir sot torpağın ora qiyməti 20 800 manat təşkil edib.

Ekspert bildirib ki, torpaq bazarında qiymətin ucuzlaşması mövsümə uyğun olaraq torpaq sahələrinə marağın azalması ilə bağlıdır.

Sentyabr ayında bazarda satışa çıxarılan torpaq sahələrinin sayı da artıb.

Belə ki, bu ilin avqust ayında Bakıda 312 torpaq sahəsi satışa çıxarılmışdısa, sentyabr ayında bu say 506 təşkil edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO