Direktor olmaq istəyənlərin NƏZƏRİNƏ – Oktyabrın 1-dən başlayır

Hazırda oxunan: Direktor olmaq istəyənlərin NƏZƏRİNƏ – Oktyabrın 1-dən başlayır

39069

Oktyabrın 1-dən direktor vəzifəsinə işə qəbul üzrə müsahibələrin ikinci mərhələsinə start verilir.

Təhsil Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, bu mərhələyə test imtahanı nəticəsi 30 bal və daha çox olan namizədlər dəvət olunacaq.

Tezliklə namizədlərin şəxsi səhifələrinə müsahibə qrafiki barədə məlumat göndəriləcək.
 

MÖVZU İLƏ BAĞLI:

30 məktəbə yeni direktor TƏYİN EDİLDİ 


Namizədlər şəxsi səhifədə qeyd olunan vaxtdan 15 dəqiqə əvvəl tələb olunan sənədlərlə (şəxsiyyəti təsdiq edən sənədin, təhsil haqqında sənəd və ona əlavənin (olduğu təqdirdə) əsli, əmək kitabçasının surəti) müsahibənin keçiriləcəyi ünvana gəlməlidirlər. Müsahibəyə gəlməyən namizədlər müsabiqədə iştirakdan imtina etmiş hesab olunacaq.

Müsahibə mərhələsində namizədlərin peşə üzrə nəzəri bilikləri, idarəetmə bacarıqları, dünyagörüşü və şəxsi keyfiyyətləri yoxlanılacaq.

Hər müsahibə gününün sonunda Təhsil Nazirliyinin rəsmi internet səhifəsindəki müvafiq bölmədə həmin gün müsahibədə iştirak etmiş namizədlərin nəticələri elan ediləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO