Saxlanılan diplomatla bağlı səfirlik açıqlama verdi

Saxlanılan diplomatla bağlı səfirlik açıqlama verdi

Hazırda oxunan: Saxlanılan diplomatla bağlı səfirlik açıqlama verdi

37190

İranın Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin əməkdaşı Əhməd Əhmədzadənin İrana qayıtması ilə əlaqədar səfirlik bəyanatla çıxış edib. 

İran islam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin mətbuat şöbəsinin müdiri Seyid Muhəmməd Ayətullahi səfirliyin əməkdaşı cənab Əhməd Əhmədzadənin ölkədən çıxarılması ilə əlaqədar bildirib ki, Əhməd Əhmədzadə 19 noyabr 2013-cü  il tarixində Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən qeydiyyat müddətinin bitməsi səbəbilə saxlanılıb. 

O, xidməti pasporta malik olub və beynəlxalq konfensiyalara görə miqrasiya xidmətinin xidməti pasportların qeydiyyatı işinə müdaxiləsi qeyri-qanunidir və bu işə yalnız Xarici İşlər Nazirliyi müdaxilə edə bilər:

“Bu hadisədən sonra Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə aparılan danışıqlar nəticəsində və bu nazirliyin səylərindən sonra cənab Əhmədzadə saxlanılandan təxminən 1 saat sonra azad edilib. Cənab Əhmədzadə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin tələbi ilə və viza müddətinin sona çatması səbəbindən 21 noyabr tarixində Bakıdan Tehrana qayıdıb”.

Qeyd edək ki, Dövlət Miqrasiya Xidmətinin qeyri-qanuni müdaxiləsi və rəftarı barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə etiraz notası təqdim olunub və məsələ araşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO