Avropa.info-nun Xocasən yolunda qəzaya düşən əməkdaşı Sahib İslamov artıq bir həftədir ki, komadadır. Jurnalistin həkimi Şöhrət Verdiyevin Avropa.info-ya verdiyi məlumata görə, Sahib İslamlının sağlıq durumunda irəlləyiş olsa da, hələlik ayılmayıb." Dünən qida borusunun təmizlənməsi məqsədilə boğazında əmiliyyat həyata keçirilib. Əməliyyat gözlədiyimizdən də yaxşı keçdi. Amma xəstə ümumən çox ağır vəziyyətdə xəstəxanaya daxil olub. Vəziyyətində irəlləyiş var və İnşallah tezliklə hər şeyin yaxşı olacağını gözləyirik. Onun komadan çıxması üçün bütün qüvvələrimizi səfərbər etmişik."
Xatırladaq ki, Sahib İslamovu noyabrın 1-də maşın vurub. Jurnalist Xocasən yolunda dayanacaqda avtobus gözləyərkən yoldan yüksək sürətlə keçən avtomobil onu vuraraq yolun kənarına atıb . Dərhal da qəza törədən avtomobil sürücüsü Musa Nağıyev adına xəstəxanaya çatdırıb.


































































































