Moderator.az İslam.az-a istinadən bildirir ki, bu barədə məzhəblər arasında və hətta müctəhidlərin fətvalarında fərqlər vardır. Əhli-sünnə məzhəbində təyəmmüm iki zərbə ilə edilir. Yəni bir dəfə ovucları yerə vurub sifətə məsh edirlər. Sonra ovucları ikinci dəfə yerə vurub qollara məsh çəkirlər.
Şiə məzhəbində əksər müctəhidlərin fətvasına görə, təyəmmüm bir zərbə ilə yerinə yetirilir. Yəni ovucları bir dəfə yerə vurub, həm sifətə, həm də əllərə məsh çəkirlər. Amma bəzi şiə müctəhidləri ehtiyata görə, təyəmmümü hər iki variantda almağı məsləhət bilirlər. Yəni əvvəlcə bir zərbə ilə təyəmmüm etmək, sonra isə yenə ovucları yerə vurub daha bir dəfə əllərin üzərinə məsh çəkmək.






































































































