Cəmil Həsənli Mətbuat Şurasından uzaqlaşdırılmasının səbəbini açıqladı

Cəmil Həsənli Mətbuat Şurasından uzaqlaşdırılmasının səbəbini açıqladı

Hazırda oxunan: Cəmil Həsənli Mətbuat Şurasından uzaqlaşdırılmasının səbəbini açıqladı

30664

Xəbər verdiyimiz kimi Bu gün Mətbuat Şurasının növbəti iclası keçirilib. Toplantı zamanı  bir sıra məsələlər müzakirə olunub. Maraqlı məqamlardan biri isə Ziyalılar Forumunun üzvü Cəmil Həsənlinin bu qurumdan uzaqlaşdırılasıdır.

Xatırladaq ki, Cəmil Həsənli Bu qurumda ictimaiyyətin  seçdiyi nümayəndə kimi təmsil olunurdu.

Məsələ ilə əlaqədar Moderatror.az-ın sualını cavablandıran Cəmil Həsənlinin sözlərinə görə  o, Ziyalılar Forumunda təmsil olunmağa başlayandan sonra onu bu qurumun tədbirlərinə dəvət etməyiblər:

“Mən Mətbuat Şurasının iclaslarında iştirak edən zaman həbs və təqib olunan jurnalistlərin problemləri barədə mövqeyimi bildirirdim. Son aylar isə məni bu qurumun iclaslarına dəvət etmədilər  Bu da Ziyalılar Forumunda təmsil olunmağımdan sonra baş verdi.   Mətbuat Şurasının məni bu qurumdan uzaqlaşdırmasına isə təəccüblənmədim. Əgər iclaslara dəvət etmirlərsə orda qalmağımın da heç bir mənası yox idi”.

 

Xəyal Əzizov


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO