Bu gün Qarabağ qazisi Nəbi Şükürovun doğum günüdür. N.Şükürov 1989-cu il fevralın 12-də Şirvan şəhərində anadan olub. Silahlı Qüvvələrimizin zabiti olan Baş-leytanant Nəbi Şükürov 2015-ci il dekabrın 18-də düşmən təxribatının qarşısını alarkən, döyüş meydanından yaralı yoldaşını çıxaran zaman başından güllə yarası alıb. Ordudan tərxis olunan qazimiz bu gün 30 yaşını qeyd edir.xa0
N.Şükürov Moderator.az-a açıqlamasında yaralı olmasına baxmayaraq döyüşlər başlayarsa, yenidən torpaqların müdafiəsi üçün döyüşməyə hazır olduğunu bildirib:
“Diqqətiniz üçün təşəkkür edirəm. Bu gün 30 yaşım tamam olur. Doğum günümü ailəmlə və yaxınlarımla birlikdə qeyd edəcəm. Belə gündə təbii ki, bircə arzumuz var ki, Qarabağımızı işğaldan azad edək. Nə qədər ki, nəfəsimiz gəlir bu vətən üçün hər zaman döyüşməyə, düşməni məhv etməyə və ölmək lazım olduğu yerdə ölməyə də hazırıq. Allah vətən yolunda canından keçən şəhidlərimizi rəhmət eləsin!”
Vasif Əlihüseyn



































































































