Patent almaq istəyənlər üçün yeni qaydalar müəyyənləşdi

Patent almaq istəyənlər üçün yeni qaydalar müəyyənləşdi

Hazırda oxunan: Patent almaq istəyənlər üçün yeni qaydalar müəyyənləşdi

252143

Nazirlər Kabineti “Patent müvəkkilləri haqqında Əsasnamənin təsdiq edilməsi haqqında” 2000- ci il 15 fevral tarixli 21 nömrəli qərarda dəyişikliklər edib.

Moderator.azxa0xəbər verir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

xa0

Qərara əsasən, attestasiyadan keçmiş şəxs patent müvəkkili kimi attestasiyadan keçməsi barədə qərarla bağlı bildirişi aldıqdan sonra 1 (bir) ay müddətində patent müvəkkillərinin qeydiyyata alınması, şəhadətnamə verilməsi və qeydiyyata alınmış patent müvəkkili barədə məlumatların dərc olunması üçün müəyyən edilmiş haqqın ödənilməsini təsdiq edən sənədləri Əqli Mülkiyyət Agentliyinə təqdim etməlidir.

xa0

Qeyd olunan müddətdə haqların ödənilməsini təsdiq edən sənədlər Əqli Mülkiyyət Agentliyinə təqdim olunmadıqda, attestasiyanın nəticələri ləğv edilmiş hesab edilir. Müəyyən edilmiş haqların ödənilməsini təsdiq edən sənədlər təqdim edildikdən sonra 3 (üç) gün müddətində şəxs patent müvəkkili kimi patent müvəkkillərinin Dövlət reyestrində qeydiyyata alınır və ona şəhadətnamə verilir.

Şəhadətnamə müddətsiz verilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO