DYP-dən sürücülərə növbəti XƏBƏRDARLIQ

DYP-dən sürücülərə növbəti XƏBƏRDARLIQ

Hazırda oxunan: DYP-dən sürücülərə növbəti XƏBƏRDARLIQ

221614

Bakı şəhər Dövlət Yol Polis İdarəsi avtobus zolağına daxil olan minik avtomobilləri ilə bağlı reyd keçirib.

Bizim.Media xəbər verir ki, reyd çərçivəsində qaydaları pozan sürücülər barəsində inzibati tənbeh tədbirləri görülüb.

İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Toğrul Nəsirli bildirib ki, tədbirlər Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ümumi istifadədə olan nəqliyyat vasitələrinin rahat və fasiləsiz hərəkətinin təmin edilməsi istiqamətində mütəmadi olaraq həyata keçirdiyi nəzarət-profilaktiki tədbirlər çərçivəsində baş tutub: 

“Təssüflə qeyd etməliyəm ki, edilən xəbardarlıqlara baxmayaraq yenə də bəzi sürücülər həmin zolağa daxil olaraq avtobusların hərəkətinə maneə yaradırlar.
 

Nəzərə almaq lazımdır ki, bu qayda pozuntusu olmaqla yanaşı, həm də öz növbəsində inzibati məsuliyyət yaradır. 


Bu gün paytaxt ərazisində keçirilən tədbirlər zamanı həmin sürücülər saxlanılıb, onlarla profilaktiki söhbətlər aparılıb və mövcud qanunvericiliyin tələbləri barədə məlumatlar verilib. Bütün bunları nəzərə alaraq, sürücülərdən xahişimiz eyni zamanda tələbimiz ondan ibarətdir ki, yol hərəkəti qaydalarına ciddi şəkildə riayət etsinlər. Unutmaq olmaz ki, ani diqqətsizlik arzuolunmaz hadisələrin baş verməsinə səbəb ola bilər”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO