“ADY”nin əməkdaşlarına xidməti avtomobil verilməsi ilə bağlı Rəsmi AÇIQLAMA - YENİLƏNİB

“ADY”nin əməkdaşlarına xidməti avtomobil verilməsi ilə bağlı Rəsmi AÇIQLAMA - YENİLƏNİB

Hazırda oxunan: “ADY”nin əməkdaşlarına xidməti avtomobil verilməsi ilə bağlı Rəsmi AÇIQLAMA - YENİLƏNİB

198981

"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Rüstəmovun əməkdaşlarına avtomobil verməsi ilə bağlı məlumat dərc etmişdik. 

Məsələ ilə bağlı "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdüri Sənubər Nəzərli Bizim.Media-nın sorğsunu belə cavablandırıb: 

“Məlumat üçün bildiririk ki, qeyd olunan iddialar tam əsassızdır. "Azərbaycan Dəmir Yolları" QSC tərəfindən hər hansı bir əməkdaşa və ya kənar bir şəxsə avtomobil hədiyyə edilməyib.

“Azərbaycan Dəmir Yolları" QSC tərəfindən qurumun departament rəhbərlərinə, müşavir və sədr müavinlərə xidməti istifadə üçün avtomobillər verilir. Qeyd etmək istəyirik ki, ADY-nin avtomobil parkı mütəmadi olaraq yenilənir, departament rəhbərləri və yuxarı rəhbərlik xidməti minik avtomobilləri ilə təmin edilir”, - deyə qurum rəsmisi əlavə edib.

*** 15:53

"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Rüstəmovun üç xanım əməkdaşına jest etdiyi iddia olunur. 

Bizim.Media-nın əldə etdiyi məlumata görə, Rövşən Rüstəmovun tapşırığı ilə adları məlum olmayan 3 nəfər xanım əməkdaşa “Toyota Carolla” markalı avtomobil verilib. Bildirilir ki, avtomobillər 8 Mart - Beynəlxalq Qadınlar Günü ərəfəsində təqdim olunub.

Məlumatı dəqiqləşdirmək üçün Rövşən Rüstəmovun müşaviri ilə əlaqə yaratdıq. Xanım müşavir Bizim.Media-ya açıqlamasında ona avtomobil verildiyini inkar etsə də, sonradan məlumatı qismən təsdiqləyərək, ona “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən xidməti avtomobil verildiyini deyib: 

“Mən 19 yaşından rəsmi işləyirəm və kifayət qədər normal əməkhaqqı alıram. Aldığım əməkhaqqının da vergisini verirəm. Kifayət qədər də peşəkar karyeram var. Mənim nəinki işəgötürənin, heç kəsin, şəxsi həyatda belə kiminsə mənə avtomobil və ya nəsə başqa hədiyyə verməsinə ehtiyacım yoxdur. “Azərbaycan  Dəmir Yolları”nda müavin, müşavir və departament direktoru heyətinə imtiyaz olaraq avtomobillər təhkim olunub. Bunu təsdiq edə bilərəm”, - deyə o qeyd edib. 

Məsələ ilə bağlı ADY-nin rəsmi cavabını almaq üçün quruma müraciət etsək də, hər hansı cavab ala bilmədik. 

“Azərbaycan Dəmir Yolları” QSC-nin mövqeyini dərc etməyə hazırıq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO