Şəki məktəblisi Kolumbiya Universitetinə qəbul olundu – FOTO  

Hazırda oxunan: Şəki məktəblisi Kolumbiya Universitetinə qəbul olundu – FOTO  

184745

Elm və Təhsil nazirliyi yanında fəaliyyət göstərən Şəki Kimya-Biologiya təmayüllü liseyin 11-ci sinif şagirdi Dəniz Məmmədzadə təhsildə əldə etdiyi uğuru ilə ölkəmizdə bir ilkə imza atıb. 

Bizim.Media-nın yerli bürosu bildirir ki, məktəbli dünyanın ən nüfuzlu ali təhsil müəssisələrindən bir olan, Kolumbiya Universitetindən qəbul alıb. 

Hazırda həmin təhsil ocağı beynəlxalq reytinq cədvəlində Top-7-də qərarlaşır. Dənizin təhsil aldığı Şəki Kimya-Biologiya təmayüllü liseydən verilən məlumata əsasən, o həm də Eqleston təqaüdü də qazanıb.
Bu, Kolumbiya Universitetinə qəbul olunan tələbələrin 1%-nə verilən xüsusi alimlik-araşdırma təqaüdüdür. Belə ki, bu, tələbəyə ilk ildən araşdırma işinə limitsiz imkanlar təmin edən çoxyönlü təqaüddür və həmin universitetin ən önəmli təqaüdüdür. Fevral ayında Dəniz Məmmədzadə BMT-nin Gənclərdən ibarət Məşvərət Şurasına üzv (UNYAC) seçilib.

Həkim ailəsində böyüyən Dəniz Məmmədzadə şahmat və musiqi sahəsində də bir sıra uğurlara imza atıb. Ötən il Almaniyada təşkil edilən olimpiadadan da qızıl medalla qayıdıb.

Dəniz Colimbiya Universitetinin "Biotibbi mühəndislik" fakültəsində təhsil alacaq.





Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO