Tozlu hava şəraiti nə vaxtadək davam edəcək?

Hazırda oxunan: Tozlu hava şəraiti nə vaxtadək davam edəcək?

184736

Martın 29-u günün ikinci yarısından başlayaraq Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. 

Bizim.Media xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin aparıcı mütəxəssisi Leyla Mədətova bildirib. 

Onun sözlərinə görə, hazırda havada tozun miqdarı normadan 1.2 dəfə artıqdır. 

"Peyk görüntülərinə əsasən tozlu hava şəraitinə səbəb cənub istiqamətli küləklər vasitəsilə ölkə ərazisinə Xəzər dənizi üzərindən daxil olan toz dumanıdır. Tozlu hava şəraitinin yaxın iki gün ərzində davam edəcəyi gözlənilir". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO