Azərbaycanda professor vəfat etdi – FOTO  

Hazırda oxunan: Azərbaycanda professor vəfat etdi – FOTO  

184673

AMEA-nın Arxeologiya və Antrologiya İnstitutunun professoru, arxeoloq Tufan İshaq oğlu Axundov dünyasını dəyişib. 

Bizim.Media xəbər verir ki, o, 76 yaşında vəfat edib. 
 
Qeyd edək ki, mərhum 1948-ci ildə Bakı şəhərində anadan olub. 

T. Axundov öz qazıntıları və tədqiqatları ilə digər bölgələrlə yanaşı, Muğan və cənub bölgəsində də böyük elmi işlərə imza atıb. Arxeoloq Cəlilabad bölgəsində 2004-cü ildən 2016-cı ilə qədər çalışıb, Alxantəpə və Polutəpə abidələrini kəşf edib, tədqiqatlar aparıb, nəticə olaraq Alxantəpəyə aid 735 səhifəlik elmi kitabı çap olunub.
Onun həmçinin Polutəpə abidəsinin tədqiqatına aid elmi əsəri də çap olunaraq, yaxın vaxtlarda işıq üzü görməli idi. 

Allah rəhmət eləsin! 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO