Ağdərə rayonunun bu kəndinə köçün tarixi bəlli oldu - FOTO/VİDEO

Hazırda oxunan: Ağdərə rayonunun bu kəndinə köçün tarixi bəlli oldu - FOTO/VİDEO

184580

Tarix boyu dəfələrlə erməni quldurları tərəfindən ağır qətliamlar törədilmiş Ağdərə rayonunun Umudlu kəndində təmir işlərinə başlanılıb. 

Bizim.Media əməkdaşının əldə etdiyi məlumata görə, Ağdərə rayonunun bu kəndinə ilin sonunadək qayıdış ola bilər. Belə ki, kənd ərazisində iki böyük inşaat briqadası tikinti işləri ilə məşğul olur. Evlərin əksəriyyətinin dam örtükləri yenilənir. İstismara yararsız evlər isə tamamilə kürünərək yerində yenisi inşa edilir. 

Ağdərə rayon Umudlu kəndində hazırkı qeydiyyata əsasən 408 təsərrüfat sayı var. Ancaq ilkin mərhələdə kənddə 170-ə qədər ev bərpa olunur. Bu da o deməkdir ki, Ağdərənin bu kəndində bütün evlər öz həyətində qalmaqla təmir və ya inşa olunur. İkinci mərhələdə isə kənd işğal ediləndən sonra yaranan yeni təsərrüfatlar - gənc ailələr üçün evlərin inşası gözlənilir. 
Bundan başqa kəndin şəhid sakinlərinin şəkli olan lövhə yaşayış məntəqəsinin giriş hissəsində quraşdırılıb. 

Qeyd edək ki, Umudlu kəndi Sərsəng su hövzəsinin sahilində yerləşməklə zəngin flora və faunaya malikdir. Kənd antiterror tədbirləri zamanı separatçılardan azad olunub. 
 





Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO