SENSASİYA: Naxçıvanda Amazon qəbirləri tapıldı - FOTO

Hazırda oxunan: SENSASİYA: Naxçıvanda Amazon qəbirləri tapıldı - FOTO

184563

Naxçıvan Muxtar Respublikasının ərazisində qədim amazonların - 4 min il əvvəl yaşamış qadın döyüşçülərin məzarları tapılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Britaniyanın “The Observer” nəşri yazıb. 

Mənbə qeyd edir ki, Britaniya arxeoloqları Naxçıvan tunc dövrünə aid məzarların tədqiqi zamanı qədim Yunanıstan əfsanələrində adı çəkilən amazonların mövcudluğunu təsdiq edən artefaktlara rast gəliblər.

Naxçıvanda aparılan arxeoloji qazıntılara britaniyalı tarixçi-arxeoloq Bettani Hyuz rəhbərlik edib.

"Onlar Amazonları tanınmış dünyanın kənarında yaşayan nəhəng döyüşçü qadınlar kimi təsvir edirdilər. Herakl 12 qəhrəmanlığının birində Amazon kraliçası Hippolitanın sehrli kəmərini almalı idi. Ancaq Axilles Amazonlara aşiq olan başqa bir kraliça Penthesileanı öldürüb. Sonra isə onun dəbilqəsini çıxarıb və heyrətamiz gözəlliyinə heyran qalıb.

At minən, kamanla ox atan və döyüşlərdə kişilərlə bərabər döyüşən bu gözəl köçərilərin tarixi miflərlə doludur. Bununla belə, arxeoloqlar Amazonların həqiqətən mövcud olduğuna dair getdikcə daha çox sübut aşkar ediblər.

Azərbaycanın Naxçıvan şəhərində Tunc dövrünə aid nekropolda aparılan qazıntılar təsdiq edib ki, qadın döyüşçülər zinət əşyaları və silahlarla - tunc xəncərlər, gürzlər və iti ox ucluqları olan kamanlarla dəfn olunublar".
Məqalədə qeyd edilib ki, arxeoloqlar tapılan məzarların dörd min il əvvəl yaşamış Amazon qadınlarına aid ola biləcəyi qənaətinə gəliblər.

"Bu, bir daha sübut edir ki, qədim Yunanıstanın mif və əfsanələrinin arxasında həqiqət var", - Bettani Hyuz "The Observer"ə deyib.

Arxeoloq onu da vurğulayıb ki, bu dəlil daha əvvəlki tapıntılarla əlaqələndirildikdə böyük əhəmiyyət kəsb edir.



“Naxçıvanda aşkar edilmiş bəzi skeletlər qadınların ox və yaydan fəal istifadə etdiyini açıq şəkildə göstərir, - Bettani Hyuz qeyd edib. - Yayı tez-tez çəkməkdən barmaqları əyri olur. Barmaq oynaqlarında dəyişikliklər təkcə ov nəticəsində baş verməyib. Xüsusi maraq doğuran faktdır ki, dəfn edilənlərin bir çox sümükləri yəhərdə uzun müddət qalıb. Qadın çanağının sümüyü əsasən açıqdır, çünki onlar daim at miniblər. Onların sümükləri həyat tərzinə görə formalaşır”.

Arxeoloq zərgərlik məmulatlarında karneli ağacından hazırlanmış boyunbağıların olmasına diqqət yetirib.

Xatırladaq ki, britaniyalı arxeoloqların tapıntıları aprel ayında Britaniyanın 4-cü kanalında “Dünyanın xəzinələri Bettani Hyuzla” adlı yeni sənədli film seriyasında təqdim olunacaq.

Azərbaycanda yaşayan amazonların izlərini axtarmaq üçün britaniyalı arxeoloq Qubanın qədim Xınalıq kəndində də olub. Hyuz səfəri ilə bağlı belə yazıb: "Bu kənd o qədər orijinaldır ki, sanki orada zaman anlayışı silinib".



“Burada tunc dövründən yaşayış məskənləri mövcud olub və Xınalıq kəndinin bəzi sakinləri ingilis memarlarına deyirlər ki, qədim zamanlarda onların qadınları üzlərini yaylıqların altında gizlədərək özlərini kişi kimi göstəriblər. Bu hekayələr nəsildən-nəslə ötürülüb”, – “The Observer” yazıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO