Gəncədə itkin düşən 18 yaşlı qız Bakıda TAPILDI 

Hazırda oxunan: Gəncədə itkin düşən 18 yaşlı qız Bakıda TAPILDI 

184506

Fevral ayının 7-də yaşadığı evdən çıxaraq itkin düşən Gəncə şəhər sakini 18 yaşlı qız tapılıb. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, polis əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində 2006-cı il təvəllüdlü İlahə Xaliq qızı Cavadovanın Bakı şəhərində olduğu müəyyən edilib və tapılaraq ailəsinə təhvil verilib. 

Məlumat üçün bildirək ki, İ. Cavadova Bakı şəhərində işləmək məqsədi ilə evdən çıxıb.
Yaxınları bir müddət ondan məlumat almadıqları üçün polisə onun itkin düşməsi barədə ərizə ilə müraciət ediblər. 

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO