Yevlaxda baş verən qəzada həlak olan şəxs iş adamı olub - FOTO

Hazırda oxunan: Yevlaxda baş verən qəzada həlak olan şəxs iş adamı olub - FOTO

184445

Ötən gecə Yevlax rayon Aran qəsəbəsində baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində həlak olan şəxsin kimliyi barədə bəzi təfərrüatlar məlum olub. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, minik maşınının idarəetmədən çıxaraq dəmiryolu keçidində dirəyə çırpılması nəticəsində həyatın itirən şəxs Mingəçevir sakini Xanlar Ağayevdir.

Əldə olunan məlumata görə, X.Ağayev gənc iş adamı olub.

Hadisə şahidlərinin sözlərinə görə, qəzaya əsas səbəblərindən biri yüksək sürət olub.


Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO