Qubada qanunsuz ağac kəsən şəxslə bağlı tədbir GÖRÜLDÜ

Hazırda oxunan: Qubada qanunsuz ağac kəsən şəxslə bağlı tədbir GÖRÜLDÜ

184262

Quba Rayon Polis Şöbəsinin, eləcə də 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının birgə keçirdikləri tədbir zamanı rayon ərazisində qanunsuz ağackəsmə faktı aşkar edilib.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Bildirilib ki, polis əməkdaşları tərəfindən rayon sakini C.Mirzəyev müəyyən olunub. Onun yaş halda qovaq ağacı kəsdiyi və təbiətə ziyan vurduğu müəyyən edilib.

Faktla bağlı akt tərdib olunub, tədbirlər davam etdirilir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO