Göytəpə su anbarı 10 ildən sonra tam şəkildə doldu

Hazırda oxunan: Göytəpə su anbarı 10 ildən sonra tam şəkildə doldu

184013

Cəlilabad rayonunda yerləşən Göytəpə su anbarı tam həcmdə  dolub.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı rayon sakinləri  yayıb.

Onların sözlərinə görə, son günlər intensiv yağıntılar  anbarda belə bir vəziyyət yaradib. 

Bildirilib ki, sonuncu dəfə anbarda bu qədər su kütləsi 2014-cü ildə müşahidə olunub. 

Qeyd edək ki, sözügedən anbar Göytəpəçayın məcrasında yerləşir. Anbarın 2010-cu ildə tikintisi başa çatıb və  açılış mərasimi keçirilib.

Su anbarının indiyə qədər tam həcmdə dolmaması movsümü suvarmada da böyük problemlərə səbəb olurdu.

Xatırladaq ki, bölgədə yağıntılı hava davam edir.

Sabutay Nağıyev, Cənub bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO