FAKTİKİ HAVA: Bu rayonlara qar yağıb

Hazırda oxunan: FAKTİKİ HAVA: Bu rayonlara qar yağıb

183696

Azərbaycanda müşahidə edilən faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, dağlıq rayonlarda qar yağıb.

Qar örtüyünün hündürlüyü Şahdağda 38 sm, Qrızda 11 sm olub.

Düşən yağıntının miqdarı Astarada 10 mm, Lənkəranda 7 mm, Oğuzda 5 mm, Qobustan, Qəbələ, Ordubad, Göyçay, Zərdab, Şəki, Qusar, Tərtər, Yevlax, Göygöl, Naftalan, Tovuz, Ağstafa, Balakən, İmişli, Kürdəmir, Göytəpə, Sabirabad, Yardımlı, Şahbuz, Şərurda 3 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub.

Daşkəsən, Gədəbəy, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Ağdam, Oğuz, Qəbələ, Balakən, Zaqatala, Şəki, Qax, Qəbələ, Şamaxı, Qobustan, Quba, Qusar, Xaltan, Qrız, Tərtər, Göyçay, Beyləqan, Lerik, Sumqayıtda duman müşahidə olunub. Görünüş 200-500 metrədək məhdudlaşıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 3-6, Naxçıvan MR-da 7, Aran rayonlarında 7, dağlıq rayonlarda 1 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 2 dərəcəyədək şaxta qeydə alınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO