Serbiya prezidenti Eldar Həsənovu mükafatlandırdı

Serbiya prezidenti Eldar Həsənovu mükafatlandırdı

Hazırda oxunan: Serbiya prezidenti Eldar Həsənovu mükafatlandırdı

179768
Serbiya prezidenti Tomislav Nikoliç Azərbaycanın bu ölkədəki səfiri Eldar Həsənovu iki ölkə arasında sülh əməkdaşlığının möhkəmləndirilməsinə və inkişafına verdiyi töhfəyə görə Serb bayrağının II dərəcəli ordeni ilə mükafatlandırıb.

Yüksək mükafata Azərbaycan səfirindən başqa Rusiya və Belarus səfirləri də layiq görülüblər.

Serb bayrağı ordeni 2009-cu ildə təsis edilib. O, beynəlxalq münasibətlərin inkişafında, həmçinin Serbiya ilə başqa ölkələr, eləcə də beynəlxalq təşkilatlar arasında sülh əməkdaşlığının və dostluq əlaqələrinin möhkəmləndirilməsində xüsusi xidmətlərə görə verilir.(Virtualaz.org)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO