Kürdəmirdə su xətti partlayıb, rayon susuz qalıb - FOTO 

Hazırda oxunan: Kürdəmirdə su xətti partlayıb, rayon susuz qalıb - FOTO 

165976

Kürdəmirdə magistral su xətti partlayıb.

Bizim.Media-nın Aran  bürosu xəbər verir ki, hadisə səhər saatlarında rayonun Topalhəsənli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Boru xəttinin partlaması nəticəsində rayon mərkəzinə içməli suyun verlişi dayandırlıb.

Azərsu Açıq Səhmdar Cəmiyyətinin ərazi üzrə əməkdaşları baş verən hadisənin aradan qaldırılması istiqamətində zəruri işlər görürlər. 
Kürdəmir su-kanal sahəsindən bildirilib ki, hadisə baş verən andan etibarən su-kanal sahəsində çalışan  işçilər və texnikalar səfərbər edilib. 

Qeyd edilib ki, Külüllü-Kürdəmir su xəttinin 29-cu km-də diametri 500 millimetrlik olan su xəttində qəza baş verib. Hazırda rayonda su təhcizatı dayandırılıb, bununla əlaqədar bütün tədbirlər görülür.

“Magistral su xətti rayonumuzda 8222 abonentə xidmət edir. Nəzərdə tutulur ki, sabah saat 3-4 radələrinə kimi qəzanı aradan qaldıraq. Bu gecədən səhərə kimi işlərimizi davam etdirəcəyik.

Demək olar ki, hadisə nəticəsində  6 -7 metrlik su borusu partlayıb və  su verilməsi qeyri mümkündür”, - deyə Kürdəmir su-kanal sahəsinin nümayəndəsi bildirib.

Qeyd edək ki,ümumi uzunluğu 29 km olan Külüllü-Kürdəmir magistral su boru xətti 2011-ci ilə dövlət vəsaiti hesabına Azərsu ASC  tərəfindən inşa olunub. Bu su xətti  Kürdəmir rayon mərkəzini və daha 12 kəndin su təminatının yaxşılaşdırılması məqsədilə çəkilib.








Bizim.Media, Aran bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO